reklam
Regionxeberlericom.az » Cəmiyyət » “MİDA DTX-yə özü müraciət edib”

reklam

“MİDA DTX-yə özü müraciət edib”













"MİDA "Güzəştli mənzil" informasiya sisteminə müdaxilə müşahidə edib və bunun araşdırılması üçün DTX-yə özü müraciət edib".

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb.

O bildirib ki, əgər MİDA özü müraciət edibsə demək,”Güzəştli mənzil” informasiya sisteminə ciddi müdaxilədən, qeyri-qanuni müdaxilədən söhbət gedir:

"Yəni, burada adi botlardan deyil, “Güzəştli mənzil” sisteminin ilkin kodlarını sındırmaqla və ya hansısa daha “ağıllı” üsullarla sistemə müdaxilədən söhbət gedir. Sonuncu satışda narazı qalanların çoxusunun proqramçılar olması onu deməyə əsas verirdi ki, MİDA tətbiq etdiyi ənənəvi təhlükəsizlikdən əlavə DEMO versiya ilə əsas versiyanın ilkin proqram kodlarını da dəyişib. Sistemin proqram təminatının ilkin kodları dəyişdirildikdən sonra sistemdən adi botlarla istifadə mümkünsüz olduğundan, paylaşılan məlumatda "sistemə daxil olmaqdan və kompüter məlumatlarını dəyişməkdən "söhbət getdiyindən, düşünmək olar ki, sistemə daha peşəkar üsullarla qeyri-qanuni müdaxilə olub. Düşünürəm ki, bu DTX və MİDA-nın birgə araşdırmasının yekununda müsabiqə nəticələrini ləğv etmək olar. Yəni müəyyən olunsa ki, baş verənlər nəticələrə təsir edib, onda nəticələrin ləğvinin gündəmə gətirilməsi doğru olardı”.

Osman Gündüz əlavə edib ki, MİDA bir daha sisteminin İT auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir:

“Baş verənlər həm də bir daha onu göstərir ki, güzəştli mənzil satışı sistemi ciddi olaraq yenilənməlidir: “Onlayn satış prosesi insan amili olmadan reallaşan şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq görsənir ki, burada İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik var və bu baxımdan hökumət əlavə, alternativ güzəştli mənzil satışı üsulu təklif etməlidir. Satışdan sonra, MİDA bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün log faylları mütləq açıqlamalıdır. Həmçinin ən tez və ən gec satılan mənzillərlə bağlı log faylları ayrıca qeyd etmək vacibdir. Sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumların açıqlamaları verilməlidir. süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməlidir. Onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanmalıdır”.




Paylaş:


Müəllif : Tarix:
15-04-2022, 15:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər