reklam
Regionxeberlericom.az » Cəmiyyət » Baş nazir 24 il əvvəlki qərarı dəyişdi, bu mallar rüsumdan azad edildi

reklam

Baş nazir 24 il əvvəlki qərarı dəyişdi, bu mallar rüsumdan azad edildi
















Minatəmizləmə üçün zəruri texnika və avadanlıqlar idxal rüsumundan azad edilir.

Bu barədə müvafiq qərarı Baş nazir Əli ƏSədov imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilib.

Belə ki, “Gömrük tarifi haqqında” Qanuna əlavə edilmiş 20.0.21-ci maddəyə əsasən Minatəmizləmə Agentliyi tərəfindən verilən təsdiqedici sənəd əsasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə gömrük rüsumundan azad edilir.                                 

Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarının 4.33-cü bəndində də idxal gömrük rüsumuna cəlb edilməyən və mal nomenklaturasına müvafiq idxal olunan malların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün istifadəsinin təsdiq edilməsinin Nazirlər Kabinetinin Aparatı tərəfindən həyata keçirilməsinin müəyyən edilməsi adıçəkilən Qanunla uyğunsuzluq yaratdığı üçün həmin bənd ləğv edilir.




Paylaş:


Müəllif : Tarix:
15-04-2022, 20:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər