İsmayıllıda güclü külək və leysan yağış fəsadlar törədib
İsmayıllı rayonunda güclü külək və leysan yağış bir sıra fəsadlar törədib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, təbii hadisə nəticəsində evlərə, ağaclara, elektrik xətlərinə ciddi ziyan dəyib.
Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub. Təbii hadisə zamanı rayonda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyü tamamilə qopub, yağış suları evə ciddi ziyan vurub. Ailə üzvləri qonşuların köməkliyi ilə təhlükəsiz yerə köçüb.
Güclü külək nəticəsində rayon mərkəzində elektrik enerjisinin təchizatı dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib. Hazırda rayonda güclü külək və leysan yağış davam edir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-07-2019, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-07-2019, 09:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:47
Nuriyevlərin Sabirabadda seçki sabotajı – Zakir Quliyev bundan sonra da qoyunlarını otaracaq İDDİA
Dünən, 14:25
DÖVRİYYƏSİ 10 MANAT OLAN ŞİRKƏTƏ 24 MİLYON DOLLAR NECƏ AYRILIB? - “Sədr dedi ki, müzakirəyə çıxarın, qalanı bizlikdir”
Dünən, 11:41