Vətəndaşı rüşvət verməyə təhrik edən şəxs tutuldu
Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşı rüşvət verməyə təhrik edib pulunu ələ keçirən Babayev İlkin Əbülfəz oğlunun qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla İlkin Babayevin özünü işgüzar və geniş əlaqələrə malik şəxs kimi təqdim edərək prokurorluq orqanlarında yuxarı vəzifə tutan səlahiyyətli şəxslə yaxın münasibəti olduğunu deyib. Onun vasitəsilə məhkəmənin icraatında olan işə təsir edib təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini dəyişdirə biləcəyinə dair onun yaxın qohumuna yalan vəd verib. Etibardan sui-istifadə etməklə 2020-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda sonuncudan ümumilikdə 30 min manat məbləğdə pul alıb. Bununla da vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə toplanmış sübutlar əsasında Babayev İlkin Əbülfəz oğluna Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-04-2022, 10:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər