"BNA rəhbərliyinə cinayət işi açıla bilər" - Hüquqşünas
“Bakı Nəqliyyat Agentliyində idarəetmədə şəffaflıq və effektivlikdə problemlərin olması qanun pozuntularına gətirib çıxarıb”. Bunu "Bakupost.az"a açıqlamasında hüquqşünas Ələsgər Məmmədli BNA-da aşkarlanan qanun pozuntuları ilə bağlı danışarkən deyib.
Hüquqşünas bildirib ki, bu qanun pozuntularına görə cinayət işi açıla bilər:
“İstənilən halda idarəetməyə ictimai, o cümlədən hüquqi nəzarətin olması zəruridir. Bu ikisi bir-birini tamamlayır. İndiki halda Hesablama Palatası müəyyən hüquqi nəzarəti həyata keçirir və məlum olur ki, orada çoxsaylı problemlər var. Halbuki ictimai nəzarət formasında cəmiyyət BNA-nın fəaliyyətindən narazıdır və sistemli şəkildə bunu gündəmə gətirir.
Eyni zamanda, məlumatım var ki, BNA-ya göndərilən bir çox jurnalist sorğuları cavabsız qalır. BNA fəaliyyətə başladığı vaxtdan etibarən parklama ilə bağlı doğru qaydalar müəyyən olunmayıb, amma çoxlu pullar yığılır. Bu, ictimai formada müzakirə olunur, amma nədənsə heç kim buna görə hüquqi məsuliyyət daşımır. Ümumiyyətlə, qurumların əksəriyyətində pozuntuların təkrar-təkrar aşkarlanmasının ən böyük səbəblərindən biri bu pozuntulara yol verənlərin layiqli, hüquqi məsuliyyətə cəlb olunmaması və onlara zəruri cəzaların verilməməsidir”.
Ə.Məmmədli düşünür ki, qanun pozuntularına yol verən insanlar dövlət qulluğundan tamamilə uzaqlaşdırılmalıdır:
“Buna nəzarət edən qurumların funksiyasını icra etməsinə dövlət qulluğundan uzaqlaşdırılması və cəzalandırılması məsələsi, demək olar ki, yoxdur. Bunlar üst-üstə yığılanda ciddi problem yaranır. İctimai nəzarət olmur, hüquq düzgün işləmir, nəticə etibarilə hər kəs özünün təyin etdiyi, yaxud işə gətirdiyi insanı qoruma altına alır. Beləliklə, ictimai funksiya həyata keçirməli olan qurumlar daha çox fərdi büdcələrini zənginləşdirmək üçün çalışır. Bunlarla bağlı tədbir görən yoxdur. Bu idarə edənlərin keçmişinə baxsaq, görərik ki, hər il bir orden alırlar, tövlət mükafatları ilə təltif olunurlar. Halbuki pozuntuya yol verənlər, pozuntuya meyilli olanlar, idarəetmədə şəffaflığı pozanlar, ümumiyyətlə, dövlət qulluğuna və idarəetmə sisteminə yaxın buraxılmamalıdır. Onların bütün ömürləri boyu dövlət qulluğu və idarətmədə olmaları qadağan olunmalıdır. Daha keyfiyyətli, eyni zamanda vicdanlı insanların idarəetməyə gətirilməsi zəruridir”.
Ə.Məmmədli BNA kimi qurumların yol verdiyi qanun pozuntularına görə cinayət işinin açıla biləcəyini qeyd edib:
“Söhbət burada milyonlardan, yüz minlərdən, dövlət vəsaitinin təyinatsız xərclənməsindən, yaxud səlahiyyətlərindən sui-istifadədən gedir. Burada çoxsaylı cinayət müddəası var. Bunlara hökmən cinayət işi açılmalı və hüquqi qiymət verilməlidir. Bakı Şəhər İcra Hakimiyyəti Bakının hər küncündə çox bahalı qiymətə bankomatlar quraşdırdı. Lakin BNA gələn kimi onun hamısını kənara atdı. Bu, dövlət vəsaitini açıq şəkildə məhv etmək idi. Yəni o bankomatlara neçə milyon manat vəsait xərclənmişdi.
Həmçinin Bakıda nəqliyyat tənzimləmələri çox bərbad vəziyyətdədir. Səhər 3 km-lik yolu bəzən 3 saata gedirik. BNA vətəndaşa işgəncə verməklə məşğuldur”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-04-2022, 20:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər