Azərbaycanlı iş adamına qarşı kriptovalyuta dələduzluğu - 20 milyon itirib
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Murad Muradov kriptovalyuta dələduzluğuna görə 20 milyon türk lirəsi (2 milyon 318 min manat) itirib.
O, yüksək gəlir əldə etmək məqsədi ilə bu işə sərmayə yatırıb.
Lakin sonradan investisiya etdiyi məbləği geri ala bilməyib.
Qeyd olunur ki, uzun illərdir Antalyada tikinti, qızıl sahəsində biznes fəaliyyəti ilə məşğul olan Muradov, bir müddət öncə villasını icarəyə götürmək istəyən Almaniya vətəndaşı və onun xanımı ilə tanış olub. Alman ər-arvad Murad Muradovdan kriptovalyuta mübadiləsinə pul yatırmağı təklif edib. İddiaya görə, Muradov, həmin şəxslərin mübadilə şirkətinə hissə-hissə 1 milyon 172 min dollar ödəyib. Muradov əldə edəcəyi əlavə qazancla torpaq sahəsi almaq niyyətində olub.
Bir müddət sonra isə həmin şəxs torpaq almaq üçün Muradova 800 min dollar göndərib. Daha sonra Almaniya vətəndaşı guya bu 800 min dolları özünün kimi göstərib və iş adamının xaricə getməsi fürsətindən istifadə edərək onun hesablarına girov əməliyyatına başlayıb. Xaricdəki hesablarından pul çıxara bilməyən və hesablarına həbs qoyulduğunu öyrənən Muradov şoka düşüb. Aldadıldığını anlayan Muradov, Türkiyəyə gələn kimi vəkili vasitəsi ilə Kibercinayətlərlə Mübarizə Şöbə İdarəsinə gedərək həmin şəxslərdən şikayət edib.
“Bizim villalardan birini ofis kimi icarəyə götürüblər. Tanış olduq, bir ailə kimi idilər, ətrafa güvən verdilər. Dedilər ki, bilikləri çoxdur və kriptovalyutada işləyirdilər. Təzə olduqlarını və dünyada tanınmadıqlarını dedilər və mənə də sərmayə qoymağı təklif etdilər. Bu mövzudan çox məlumatlı olmadığımı desəm də, elə şeylər dedilər ki, inandım. Büdcə adı altında davamlı olaraq məndən pul aldılar. Satış günü sayt çökdü. Bu işin sonunda 1,2 milyon dollar sərmayə qoyduğumu anladım. Nə qədər etdimsə, pulumu geri çəkə bilmədim”. - iş adamı açıqlamasında bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-04-2022, 08:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər