Azərbaycanda qəribə koronavirus qadağası: - Hələ də qüvvədədir
Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da karonavirus pandemiyası ilə əlaqədar yoluxma sayının artımına qarşı bir çox sahələrin fəaliyyətinə məhdudiyyət tətbiq edilib.
Həmin məhdudiyyətlərdən biri də tibb mütəxəssislərində çalışan sahə həkimlərinin evlərə çağırışa getmələrinə qoyulub.
Bir neçə aydır ölkəmizdə COVID-19 infeksiyasına yoluxanların sayı kəskin azalıb. Bu səbəbdən də Nazirlər Kabinetinin qərarı ilə ölkədə tətbiq edilən bir çox məhdudiyyət qərarı qüvvədən düşüb. Nazirlər Kabineti yanında Operativ Qərargahın aprel ayının 21-nə olan məlumatına görə, koronavirus infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb. Aktiv xəstə sayı isə 135 nəfərdir. Lakin koronavirusa yoluxma sayı kəskin azalsa da, hələ də xəstə körpə üçün çağırılan sahə həkimi həmin qadağanın qüvvədə olduğunu bildirərək evlərə çağırışa getməkdən imtina edir. DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən Cebhe.info-nun sorğusuna cavab olaraq sahə həkimlərinin çağırışa getmələrinə qadağanın qüvvədə olduğunu bildiriblər:
"COVID-19-la mübarizə tədbirləri çərçivəsində məhdudiyyətlər aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir. Son günlər aktiv yoluxma sayında qeydə alınan azalma halına görə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan sahə həkimlərinə səyyar çağırışlar üzrə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur. Hazırda mövcud vəziyyət təhlil edilir".
Paylaş:
Müəllif : Yazar
Tarix:22-04-2022, 12:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər