Azərbaycanda sığorta bazarının 66 faizi bu şirkətin əlindədir
Bu ilin yanvar-mar ayları ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 258,4 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu - 66,4%-i “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.
Mərkəzi Bank bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 171,7 milyon manat olub.
Digər 20 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 3-lüyünü 21,9 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta”, 19,3 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta” şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 82,4%-i adları qeyd olunan 3 şirkətin – “Paşa”, “Qala” və “Atəşgah” şirkətlərinin əlində cəmlənib. Bu ilin ilk 3 ayında 3 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 212,9 milyon manat olub.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 340 min manatlıq yığımla "Meqa Həyat Sığorta”, 550 min manatlıq yığımla "Naxçıvansığorta", 1 milyon 156 min manatlıq yığımla "Bakı Sığorta" şirkətləri olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-04-2022, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər