reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mingəçevirdə orta məktəb şagirdləri zəhərlənib?

reklam

Mingəçevirdə orta məktəb şagirdləri zəhərlənib?

















Mingəçevirdə orta məktəb şagirdləri zəhərlənməsi ilə bağlı xəbər yayılıb.

Mingəçevir şəhər 3 saylı tam orta məktəbin direktoru Gültəkin Quliyeva açıqlamasında bildirib ki, bu gün şagirdlər arasında sadəcə halsızlıq baş verib: ”6 a sinfinin şagirdləri 4-cü saat musiqi dərsinə gələndə özlərini narahat hiss ediblər. Sinfə girib maraqlandım, hərarətləri yox idi. Məsələ ilə bağlı valideynlərinə xəbər verildi və uşaqlar təcili xəstəxanaya aparıldı. Baş həkimlə əlaqə saxladım, həkim bildirdi ki, şagirdlərdə heç bir zəhərlənmə əlaməti yoxdur”.

Mingəçevir Mərkəzi Xəstəxanasının həkimi Arzu Əliyeva şagirdlərin vəziyyəti ilə bağlı məlumat verib. O bildirib ki, "acil" bölümünə 7 şagird müraciət edib, nəticədə müayinələr aparılıb, şagirdlərin şikayətləri ürəkbulanmadan idi, onların vital göstəriciləri yoxlanıldı heç bir patologiya aşkarlanmadı. Onlara yardım göstərilib nəzarətdə saxlanıldıqdan və vəziyyətləri stabilləşdikdən sonra evə buraxılıblar. Biz bunu ancaq panika ilə əlaqələndirdik.




Paylaş:


Müəllif : Tarix:
22-04-2022, 22:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər