reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Şirkətə ayrılan 70 min manat Vilyam Hacıyevə çatıb" - Maliyyə idarəsinin rəisi

reklam

"Şirkətə ayrılan 70 min manat Vilyam Hacıyevə çatıb" - Maliyyə idarəsinin rəisi
















Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər ifadə verib.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Mirqayıb Sarıyev dindirilərkən bildirib ki, İmişli RİH-in Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsində çalışıb.

O deyib ki, V.Hacıyevin tapşırığı ilə rayonun abadlaşdırılması üçün mütəmadi olaraq pullar yığılıb: "Mən də ümumilikdə 30 min manat pul vermişəm".

Digər şahid Əhəd Vəliyev isə söyləyib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasının təsərrüfat şöbəsində işləyir. O deyib ki, gəlinini uşaq bağçasına işə düzəltmək üçün pul verib: "Rayonun Muradlı kənd icra nümayəndəsi Adil Kərimov dedi ki, 1500 manat verməliyəm. Mən də pulu təqdim etdim və gəlnimi işə düzəltdilər. Sonra mən maaşımdan ayda 100-150 manat verməklə Adilə 1 500 manat pul ödədim".

Daha sonra şahid Emin Fərzəliyev dindirilib. O bildirib ki, hazırda İmişli Elektrik Şəbəkəsində mühəndis vəzifəsində çalışır: "O vaxt İmişli Rayon İcra Hakimiyyətində baş memar işləyirdim, tikintilərə nəzarət edirdim. "Elegant Grop" şirkəti şəhərdə abadlıq işləri aparırdı. Vilyam Hacıyev söylədi ki, ayrılan vəsait həmin şirkətə köçürülsün. Pulu köçürürdük, amma şirkət heç bir iş görmürdü. İşi biz görürdük, pul isə həmin şirkətə köçürülürdü".

Sahibkar olan şahid Mayak Əşrəfov İmişlidə obyekt tikmək üçün RİH-nə 1 200 manat, təsərrüfatla məşğul olan Fuad Quluzadə isə torpaq sahəsi almaq üçün icra hakimiyyətinə 8 000 manat pul verdiyini deyib.

Məhkəmədə ifadə verən Rəhim Rəhimov bildirib ki, uzun müddət İmişli rayon maliyyə idarəsinin rəisi işləyib. Onun sözlərinə görə, pandemiya dövründə aztəminatlı ailələrə ayrılan vəsaitlərin mənimsənilməsi prosesində iştirak etməyib: "İdarələrin büdcəsi təstiqlənirdi, sonra bizə təqdim edilirdi. Biz isə həmin sənədləri yoxlayıb maliyyəni ayırırdıq. Mən sənəd imzalamasaydım, heç kimə pul ayrılmırdı".

Hakim bildirib ki, R.Rəhimovun məhkəmə və ibtidai istintaq ifadələri arasında ziddiyyətlər var.

Belə ki, R.Rəhmanov ibtidai istintaqa verdiyi ifadəsində söyləyib ki, "Nepal" MMC-yə tikinti işləri üçün 183 min manat pul ayrılıb: "Həmin pulun 70 min manatını şirkət rəhbəri nağdlaşdıraraq mənə verdi. Mən isə həmin pulu Cəmil Musayevə təqdim etdim".

Daha sonra şahid məhkəmədə təsdiqləyib ki, həmin məbləğ həqiqətən də Cəmil Musayevə verilib.

Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.




Paylaş:


Müəllif : Tarix:
25-04-2022, 14:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər