Bəxtiyar Hacıyev Əbülfət Rzayevlə görüşdü - Cinayət işi açıldı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general-mayor Əbülfət Rzayev ictimai fəal Bəxtiyar Hacıyevi qəbul edib.
Bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında yazıb.
“Mənə qarşı törədilmiş cinayətdən dörd gün keçib, məsələ nazirin nəzarətindədir, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi qəbul edib, CM-nin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb.
Sabah 5 gün keçəcək, hələ istintaqda kamera görüntüləri olmayacaq. DİN daxilində bir qurum digərinə sorğu göndərib, cavab gözləyəcək. 5 saat istintaqa kömək üçün vaxt sərf etmişəm, hələ ki, əldə bu gün çəkilən 5-6 fotodur. Əsas odur ki, "ərizə-izahat" sənədləşməsi yerində olsun”, - o qeyd edib.
Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazmış, eyni gündə də məsələ ilə bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən qəbul edilmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-04-2022, 20:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər