Nazirlikdən Fəzail Ağamalının iddialarına sərt CAVAB
Millət vəkili Fəzail Ağamalının pensiyaların kəsilməsi barədə iddialarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama verib.
Nazirliyin yaydığı açıqlamada iddiaların əsassız olduğu bildirilib:
"Millət vəkili Fəzail Ağamalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən guya pensiyaların kəsilməsi barədə parlamentdə səsləndirdiyi iddia məsuliyyətsiz yanaşmadır. Millət vəkilinin diqqətinə bir daha qanunvericiliyi çatdıraraq bildiririk ki, əlilik müddətli və ya geridönməz hallarda (əzaların amputasiyası, sağalmaz xəstəliklər və s.) müddətsiz, yəni ömürlük təyin olunur. Əlilliyə görə pensiya və ya müavinət əlillik müddəti ərzində verilir. Həmin müddət bitmədiyi halda sosial ödənişin dayanması halı baş vermir. Əlillik müddəti bitdiyi halda isə həmin müddətin uzadılması üçün yenidən qiymətləndirmə aparılmalı, bu məqsədlə yeni göndəriş daxil edilməsi üçün səhiyyə müəssisələrinə müraciət edilməlidir. Bu barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, bir millət vəkilinin populizmə hesablanan qeyri-ciddi fikir sərgiləməsi sadəcə təəssüf doğurur".
Paylaş:
Müəllif : Fuad
Tarix:26-04-2022, 23:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər