reklam
Regionxeberlericom.az » Cəmiyyət » Agentlikdən 200 milyonluq tender udan şirkətləri tanıyan yoxdur? - TƏFƏRRÜAT

reklam

Agentlikdən 200 milyonluq tender udan şirkətləri tanıyan yoxdur? - TƏFƏRRÜAT















Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Dövlət Məşğulluq Agentliyinin idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin görülməsi məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi “Agro Best” QSC (VÖEN - 1405235391) və “Az Nest” QSC (VÖEN – 1005400781) konsorsiumu olub.

Məşğulluq Agentliyi qeyd olunan mallarının alınması üçün qalib şirkətlərə 65 milyon 987 min 525 manat vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, “Az Nest” QSC 28.06.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev, ev 64, məhəllə 987” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ramazanov Elvin Zakir oğludur.

“Az Nest” QSC daha əvvəl – 2019-cu ildə Dövlət Məşğulluq Agentliyinə (Xidmət) 58 min 364 manat 23 qəpik, 2020-ci ildə isə 14 milyon 505 min 272 manat dəyərində avadanlıq satıb.

Digər qalib şirkət - “Agro Best” QSC isə 20.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ələkbərov Nahid Kamal oğludur.

Məlumat üçün bildirək ki, “Agro Best” QSC ötən il “Az Nest” QSC ilə eyni gündə (28.06.2018) dövlət qeydiyyatına alınan “Aqri Kon” QSC (VÖEN - 1404267161) adlı şirktlə birgə Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin də qalibi olub.

Məşğulluq Xidməti kənd təsərrüfatı mallarının alınması üçün qalib şirkətlərə 40 milyon 399 min 280 manat vəsait  ödəyib.

“Aqri Kon” QSC 28.06.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimil rayonu, Salatın Əsgərova, ev 121, m. 1” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Vəliyev Şirxan Nəsir oğludur.

Qeyd edək ki, “Aqri Kon” MMC Dövlət Məşğulluq Xidmətinin keçirdiyi analoji tenderlərdə dəfələrlə qalib olub və böyük məbləğdə vəsaitlər alıb. “Aqri Kon” MMC 2020-ci ildə Məşğulluq Xidmətindən 39 milyon 415 min 200 manat pul alıb.

Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən cəmi bir il sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan “Aqri Kon” QSC, “Az Nest” QSC  və “Agro Best” QSC-nin veb-saytları belə yoxdur. Milyonlarla manat dəyərində tender udan “Aqri Kon” QSC ilə eyni adda olan “Facebook” sosial şəbəkəsindəki hesabın cəmi 5 “bəyənisi”, “Az Nest” QSC –nin isə 0 “bəyənisi” var. Hər iki səhifədə heç bir məlumat paylaşılmayıb.

“Agro Best” QSC-nin isə ümumiyyətlə sosial şəbəkə hesabı yoxdur. Son 3 ildə Dövlət Məşğulluq Xidmətindən 200 milyon manatlıq tender udan bu şirkətlərin başqa hansı fəaliyyətinin olduğu barədə açıq internet resurlarda heç bir məlumat yoxdur.

 

Tender keçirn qurumQalib şirkətlərMəbləğ (manat)Tarix
Dövlət Məşğulluq Xidməti“Aqri Kon” QSC və “Bis Co” MMC19 225 24603.08.2018
Dövlət Məşğulluq Xidməti“Aqri Kon” QSC6 230 26226.11.2019
Dövlət Məşğulluq Xidməti“Az Nest” QSC58 364,2310.10.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi“Az Nest” QSC5 384,6914.05.2020
Dövlət Məşğulluq Xidməti“Aqri Kon” QSC39 415 20017.08.2020
Dövlət Məşğulluq Agentliyi“Az Nest” QSC14 505 27212.11.2020
Dövlət Məşğulluq Agentliyi“Aqri Kon” QSC və “Agro Best” QSC40 399 28007.05.2021
Dövlət Məşğulluq Agentliyi“Az Nest” QSC və “Agro Best” QSC65 987 52527.04.2022





Paylaş:


Müəllif : Tarix:
28-04-2022, 14:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər