“Simonyan vicdansızdır” - Xalq artisti
Latviyanın Xalq artisti, tanınmış estrada müğənnisi Layma Vaykule rusiyalı şoumen Maksim Qalkini yaşlı qadınla evlənən gey adlandıran jurnalist Marqarita Simonyanın ünvanına sərt ifadələr işlədib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib.
“Mən Marqarita Simonyanın kim olduğunu təxmini bilirdim. İndi bilirəm. Bu insan əxlaq və etikanın hər hansı normalarına məhəl qoymayan bir insandır və bu andan etibarən onu vicdansız hesab edirəm”, - Maksim Qalkin və həyat yoldaşı SSRİ Xalq artisti Alla Puqaçovanı yaxşı tanıdığını vurğulayan Layma Vaykule yazıb.
Müğənni qeyd edib ki, onda belə bir təəssürat yaranır ki, Simonyan hansısa səbəblərdən bu xoşbəxt cütlüyə nifrət hissi duyur: “Onların ailəsinin şərəf və ləyaqətinin qəsdən alçaldılması sizin peşəkar və insani bacarıqsızlığınızı nümayiş etdirir. Marqarita, ağlınız yerindədir? (Siz axı bu insanları heç tanımırsınız!)”.
Vaykule əmindir ki, Puqaçova və Qalkin Simonyanın “alçaq ağcaqanad sancmasına” böyük əhəmiyyət verməyəcəklər.
Qeyd edək ki, “Rossiya seqodnya” xəbər agentliyinin və RT telekanalının baş redaktoru Marqarita Simonyan Rusiyanın Ukraynaya qarşı apardığı müharibəsini qınayan rusiyalı şoumen Maksim Qalkini Vladimir Solovyovun “Rossiya-1” telekanalında yayımlanan verilişinin canlı efirində gey adlandırıb: “Bilmirəm, bu haqda efirdə danışmaq olar, ya yox, amma mən deyəcəyəm, çünki insan özünə belə şeyləri yaraşdırır, mən də özümə həmişə onun haqda düşündümü deməyi yaraşdıracağam. Hər kəsə məlumdur ki, o geydir və gözdən pərdə asmaq üçün yaşlı qadınla evlənib və bütün auditoriyasını inandırmağa çalışır ki, onlar əsl sevgi yaşayır. Siz axı bu insanın daxili riyakarlıq, yalan və keyfiyyətlərinin səviyyəsini başa düşürsünüz”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-04-2022, 15:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər