Məhkəmə Əli Əliyevlə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi keçirilib.
Məhkəmə birinci instansiyanın qərarını dəyişdirmədən saxlayıb. Bununla da Əli Əliyev barəsindəki 6 aylıq həbs qərarı qüvvədə qalıb.
Qeyd edək ki, Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun sağ qalmasının mümkün olmadığını demişdi. Bundan sonra DSX-nin zabitləri partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında ayrı-ayrılıqda şikayət vermişdilər.
Yanvarın 13-də Əli Əliyevə birinci şikayət üzrə 5 ay həbs cəzası verilmiş, aprelin 15-də isə ikinci şikayət üzrə həbs cəzası daha 1 ay uzadılmışdı. Hazırki duruma görə, o iyulun 13-də azadlığa çıxacaq.
Partiya sədrinin vəkili Cavad Cavadov bir şəxs barəsində eyni əmələ görə iki dəfə cəza təyin edilməsinin qanunsuz olduğunu iddia edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-04-2022, 12:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB