reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qarabağda kəndlərin “memarlıq simasını” bu şəxslər hazırlayacaq – 6,7 milyon ayrıldı...

reklam

Qarabağda kəndlərin “memarlıq simasını” bu şəxslər hazırlayacaq – 6,7 milyon ayrıldı...


















Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub. 

Ümumi dəyəri 6 milyon 744 min 60 manat olan 9 tender müsabiqəsinin 3 qalibi olub. 

Tender müsabiqəsi Füzuli rayonunun Dədəli və Pirəhmədli, Kəlbəcər rayonunun Zallar, Zar və Yanşaq, Xocavənd rayonunun Tuğ və Hadrut, Cəbrayıl rayonunun Xudafərin, Laçın rayonunun Şəlvə kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə bağlıdır. 

Şəlvə, Zar, Xudafərin yaşayış məntəqələri ilə bağlı tenderin qalibi “Bureau Mühit” MMC olub. Qalib şirkətə 848 min 60 manat ödəniləcək.

Tuğ və Hadrut yaşayış məntəqələri ilə bağlı tenderin qalibi Türkiyənin “REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycandakı filialı olub.  Qalib şirkətə 4 milyon 366 min manat ödəniləcək.

Dədəli, Pirəhmədli, Zallar və Yanşaq yaşayış məntəqələri ilə bağlı tenderin qalibi isə BİMD QSC olub. Qalib şirkətə 1 milyon 530 min manat ödəniləcək.

Məlumat üçün bildirək ki, “REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycandakı filialı 29.10.2020-ci il tarixində dövlət qeydiyatına alınıb. Şirkətin qanuni təmsilçisi Sabri Paşayiğit Mehmetdir. Nizamnamə kapitalı 2 min manat olan BİMD QSC isə  28.12.2018-ci ildə dövlət qeydiyyatına alınıb. QSC-nin qanuni təmsilçisi Qarayev İlkin Malik oğludur.

Onu da bildirək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tenderdə adı keçən Şəlvə, Zar, Xudafərin yaşayış məntəqələrinin memarlıq simasının və obrazının müəyyən edilməsi məqsədilə ötən ilin iyul-avqust aylarında "Qədim Qarabağın yenilənən siması" adlı memarlıq müsabiqəsi keçirib.

Şəlvə, Zar, Xudafərin yaşayış məntəqələri üzrə keçirilən müsabiqənin qalibi 7 müəllifdən ibarət bir qrup olub. 

Həmin qrupda aşağıdakı şəxslər yer alıb:

- Toğrul Şahin oğlu Bayramov

- Müslüm Fidaya oğlu İmranlı

- Rəsul Teymur oğlu Rzalı

- Urfan Elxan oğlu Məmmədov

- Çiçək Şahin qızı Bayramlı

- Leyla Şahin qızı Musayeva

- Yusif Elçin oğlu Yusublu

Dünən (28.04.2022) açıqlnan tender müsabiqəsinin nəticəsində görə Şəlvə, Zar, Xudafərin yaşayış məntəqələri üzrə keçirilən müsabiqənin qalibi olan “Bureau Mühit” MMC-nin qanuni təmsilçisi də Toğrul Şahin oğlu Bayramovdur. 

Onu da bildirək ki, Toğrul Şahin oğlu Bayramov eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür. İctimai Şuranın sədri olan tanınmış memar Elbay Qasımzadə və İctimai Şuranın üzvü olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən "Qədim Qarabağın yenilənən siması" adlı memarlıq müsabiqəsinin münsiflərindən olublar. 

Məlumat üçün onu da bildirək ki, tenderin qalibi olan “Bureau Mühit” MMC bu müsabiqənin elan olunduğu (01.07.2021) tarixdən cəmi 12 gün əvvəl – 18.06.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı isə cəmi 10 manat təşkil edir. 

7 nəfərlik qrupda yer alan digər bir müəllifin - Urfan Elxan oğlu Məmmədovun da namizədliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvülüyünə irəli sürülsə də seçilməyib. Urfan Məmmədovun ölkənin ən böyük daşınmaz əmlak və tikinti şirkətlərindən biri olan PMD şirkətində memar olduğu da bildirilir. Qeyd edək ki, PMD şirkəti “Paşa Holdinq” ilə eyni hüquqi ünvanda – Neftçilər prospekti 154-də yerləşir.




Paylaş:


Müəllif : Tarix:
29-04-2022, 14:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər