Azərbaycanda da çörək sayla satılacaq? - "Niyə 1 çörək əvəzinə 4-nü almalıyıq?"
Türkmənistanda çörək norması təyin olunub.
Bildirilir ki, yeni qaydaya əsasən, normadan artıq çörək alana 15 sutka həbs verəcəklər.
Türkmənistanda polis un və çörək qıtlığı səbəbindən dövlət mağazalarında çörək satışına nəzarəti yenidən gücləndirib. Polislər müəyyən olunmuş normadan artıq çörək alan vətəndaşları da müəyyən edir. Bölgədən asılı olaraq, norma iki və ya üç çörəkdir.
Dünyanı ərzaq böhranı gözlədiyi zamanda ölkəmizdə un məhsullarının lazımı qaydada istifadəsi ilə bağlı hansısa bənzər qaydalar tətbiq edilə bilərmi? Mövzu ilə bağlı Cebhe.info-ya Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev danışıb. O Türkmənistanda çörəyə görə tətbiq edilən inzibati həbs qərarını düzgün hesab etməyib:
“Mən əslində bu qərarı o qədər də önəmli hesab etmirəm. Ola bilsin ki, kiminsə qonağı gəlir və iki çörədən artıq almağa məcburdur. Bu, düzgün deyil deyil axı. Amma həmin dövlətin öz işidir. Hər bir dövlətin qərar qəbul etməkdə məqsədləri var. Bizdə israfçılığın qarşısının alınması üçün tədbirlərin görünməsi vacibdir. İstər qiymətlər artsın, istər artmasın, israfçılıq özü günahdır. İqtisadiyyata qəsd deməkdir. Həm insanın cibi üçün, həm dövlət çün ziyanlıdır. Biz gedib meşəni qırırıqsa, yaşıllığa, insanların sağlamlığına qəsd edirik. Eləcə də un məmulatlarından düzgün istifadə etmiriksə, israfçılığa yol veririksə, iqtisadiyyatımıza 2 dəfə ziyan veririk. Digər tərəfdən, səhhətimiz, ailə büdcəmiz üçün çox vacibdir. Nəyə görə 1 çörək əvəzinə 4 çörək almalıyıq? Alıb, tullantıya çevirməliyik? Nəyə görə şadlıq evləri, yas yerlərində israfçılığa yol verməliyik? Niyə süfrəyə bu qədər məhsul gətirib, zay etməliyik? Bu məqamlar suallar doğurur və insanlar bunlara özləri cavab tapmalıdırlar. Nə qədər inzibati tədbirlər görülsə də, insanların şüuru formalaşmadan qarşıya qoyulan vəzifələri tam yerinə yetirmək mümkün deyil”.
İsrafçılığa qarşı kafe, restoran, şadlıq evləri, yas yerlərində nəzarət sistemi yaradılmalı olduğunu deyən komitə sədri vətəndaşın yemək məkanında yeyəcəyi qədər qıda sifariş etməsini məsləhət görüb:
“Məsələn, vətəndaş yemək məkanına gəlib, filan qədər sifariş verir. Kafe, restoranın rəhbəri gələn müştəriyə deyə bilməz ki, az ye. Bunda da deyəcəklər ki, insanların azadlığı məhdudlaşdırılır, yeməyinə, içməyinə sədd qoyulur. Bu da kimlər üçünsə mövzu olacaq. İnsan özü düşünməlidir ki, harasa gedərkən, ona nə qədər qida məhsulu lazımdır. Əgər doymadısa, yenidən sifariş versin ki, çörək gətirin və ya su verin. Süfrəyə gələn məhsul yeyilmirsə, zay olur, israfçılıqdır. Televiziyada bu barədə maarifləndirici söhbətlər aparılmalıdır ki, şüurlarda dönüş olsun. Proqnozlar var ki, artıq bütün dünyada çox ciddi ərzaq qıtlığı gözlənilir. Düzdür, indi ehtiyatlarımız var, amma bununla bərabər ərzaqları qənaətlə işlətməliyik. Düşünürəm ki, bütün sahələrdə israfçılığın qarşısı alınmalıdır”.
Deputatın fikricə, cərimələrin və inzibati qaydada həbs qərarının verilməsi çörəyə qənaət məsələsində heç bir nəticə verməyəcək:
“Biz bu gün bununla bağlı cərimə tətbiq etsək, adamın pulu var, cəriməsini ödəyib çıxıb gedəcək. Biz ilboyu cərimələrlə yaşamalıyıq. Bir dəfə mən bu məsələni qaldırdım, Haqqımda nə qədər mənfi fikirlər səsləndirdilər. Mən deyirəm ki, qənaətcil olun, cibinizi, səhhətinizi qoruyun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-04-2022, 14:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər