Azərbaycanlıların niyə sürücülük mədəniyyəti yoxdur? – “Küçəyə döyüşə gedən kimi çıxırıq”
Demək olar ki, gündəlik olaraq yollarda baş verən müxtəlif qəza hadisələri ilə bağlı xəbərlər oxuyuruq. Qəzalar çox zaman sürücülərin ehtiyatsızlığı və diqqətsizliyi, qalan hallarda isə yollardakı digər problemlər səbəbindən baş verir. Lakin Bakının ucu-bucağı bilinməyən tıxacı isə lap cansıxıcıdır. Yollardakı sıxlıq zamanı bir çox sürücülərin idarəetməni itirməsi və qayda pozuntularına yolverməsi isə bu vəziyyəti daha da korlayır. Nəticədə sıxlıq daha böyüyür və tıxacdan çıxmaq müşkülə çevrilir.
Sadalanan problemlərin olması həmçinin ölkədə sürücülük mədəniyyətinin aşağı olmasından da xəbər verir. Dia.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, sürücülük mədəniyyəti hər kəsin düşüncə tərzinə uyğun şəkildə formalaşır:
“Sürücülük mədəniyyəti insanın elə ailə mədəniyyətindən, cəmiyyətə olan münasibətindən formalaşan bir haldır və bu halı yaşamaq, insanlara göstərmək, hər bir insanın öz düşüncə tərzinə uyğun hesablanır. İnsan var ki, öz tərbiyəsi, mədəniyyəti və əxlaqı, həm də onun mədəni sürücü kimi formalaşmasına gətirib çıxarır. Adam da var ki, evdə atasının yanında siqaret çəkir, yüksək səslə danışır, vulqar ifadələrdən istifadə edir. Belə adamlar təbii ki, yolda da özünü eyni şəkildə aparır, başqasından qabağa düşməyə, onun yoluna çıxmağa çalışır. Yolda dava salır, qışqırır, sərnişinlər narahat edəcək tərzdə musiqiyə səs verir. Nəticədə hamımız küçəyə sanki döyüşə gedən kimi çıxırıq”.
Ekspert sürücülük mədəniyyətinin formalaşmasının bütün ölkələrdə çətin proses olduğunu vurğulayaraq bildirib ki, insanlar öncəliklə maşınlarını, insanların fikirlərini deyil, sağlamlıqlarını düşünməlidirlər:
“Amma hamı üçün keçərli olan qaydalar var ki, sürücülərin hər biri bu qaydalara riayət etməlidirlər. Təəssüf ki, hazırda aqressiv, mədəniyyəti olmayan sürücülərimizin sayı artıb. Maşını harada gəldi saxlayırlar, ancaq özlərini düşünürlər piyada səkilərini zəbt edirlər.
Nəticədə piyadalar yolun hərəkət hissəsinə çıxmaq məcburiyyətində qalırlar. Maşınları ikinci, üçüncü cərgədə park edirlər. Əksəriyyətinin svetaforlarda başları qarışır telefona vaxtında hərəkət etmirlər, nəticədə tıxac, yollarda sıxlıq yaranır. Lakin bu proseslər təkcə Azərbaycanda deyil, bütün ölkələrdə baş verir. Sadəcə insanlar ümumi düşüncə tərzini dəyişərək, özlərini kimlərəsə göstərməyə çalışmamalıdır. Sürücülər yolda sadəcə təhlükəsiz, sağ salamat mənzil başına çatmaq barədə düşünməlidirlər”,- deyə E.Muradlı fikirlərini tamamlayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-04-2022, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər