"Xəzəriaşə"nin hörməti NƏDƏN ÇOXDUR? - FAKT BUDUR!
“Dövlət Neft Şirkətinin əməkdaşları olan neftçiləri Neft Daşlarına aparıb- gətirən Q.Qarayev gəmisində işçilərlə bərabər “Xəzəriaşə” MMC-nin malları da daşınır. Bununla bağlı dəfələrlə etirazlar olsa da, tədbir görən yoxdur, işçilərin etirazları işə yaramır”. DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.
Qəhrəmanlının sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi təşkilata az qala hər ay şikayətlər daxil olur. Neftçilər Neft Daşlarına gedəndə və qayıdanda iki saata yaxın gözləməyə məcbur olurlar, gəmi malları yükləməyənədək yola düşmür.
“Neftçilər yazırlar ki, uzun illərdən sonra onların daşınması üçün müasir tipli, 120 nəfərlik sərnişin gəmisi verilib. Amma Neft Daşlarında “Xəzəriaşə” MMC-nin Neft Daşları üzrə 1 saylı yeməkxanasının rəhbərliyi ilə «Neft Daşları» NQÇİ-nin sahə üzrə müvafiq məsul şəxsi qarşılıqlı anlaşmaya gələrək, yüklərin daşınması üçün digər gəmiyə əlavə pul ödəməsinlər deyə, yeməkxanaya daşınacaq yükləri sərnişin gəmisinə bir neçə dəmir konteynerə yığaraq yukləyirlər”,-Qəhrəmanlı danışıb.
Hüquq müdafiəçisi qeyd edib ki, Neft Daşlarından qayıdarkən də “Xəzəriaşə“nin konteynerləri bosalmayanadək gəmi yola düşə bilməz. Yenə də ağır işdən sonra evə gedən neftçilər gəmidə gözləməyə məcbur qalırlar:
“Nefçilər deyirlər ki, hətta gəmi kapitanı bir saatdan sonra küləyin siddətlənəcəyini bildirsə də, gəmini gözlətdiblər. Yalnız mallar boşaldıqdan sonra gəmini yola salıblar”.
M.Qəhrəmanlı deyir ki, neftçilərin problemləri daşınma və ya qidalanma ilə yekunlaşmır:
“Neft Daşlarındakı yataqxananın B korpusunun şəkillərinə diqqət yetirsinlər. Total xarici neft şirkətinin işçilərinin yaşadığı mərtəbə dəhlizi və SOCAR işçilərinin yaşadığı mərtəbənin dəhlizi arasında fərq işçilər arasında ayrı-seçkiliyə daha bir sübutdur. SOCAR-ın işçilərinin qaldığı mərtəbədə dəhlizdə işıqlandırma, adi lampa belə yoxdur. Mərtəbə dəhlizləri necədirsə, otaqlar da elə o gündədir”.
Neftçilərə iaşə xidməti “Xəzəriaşə” MMC tərəfindən həyata keçirilir. “Xəzəriaşə” MMC Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşir. MMC sovet dönəmində fəaliyyət göstərmiş Fəhlə Təhcizatı İdarəsinin bazasında yaradılıb. Son illər dəfələrlə bu MMC-dən şikayətlər edilib, lakin nəticəsi olmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-05-2022, 09:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər