Rusiyanın baş ravvini Lavrovu üzr istəməyə çağırdı
Rusiyanın baş ravvini Berl Lazar xarici işlər naziri Sergey Lavrovu “Adolf Hitlerdə də yəhudi qanı var” dediyi üçün üzr istəməyə çağırıb.
B. Lazar Holokost ilə Ukraynada baş verən hadisələr arasında hər hansı müqayisə aparmağın yersiz olduğunu bildirib.
“Mən özümün Rusiya diplomatiyasının rəhbərinə məsləhət verməyə haqqım yoxdur, amma o, yəhudilərdən üzr istəsə və sadəcə olaraq öz səhvini etiraf etsə, yaxşı olardı. Düşünürəm ki, o zaman hadisəni həll olunmuş saymaq və səhifəni çevirmək olar”, - Lazar yəhudi "Teleqraf" Agentliyinə bildirib.
Xatırladaq ki, Sergey Lavrov son müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin yəhudi əsilli olmasının ölkədə nasistlərin olmaması anlamına gəlmədiyini deyib. Bundan sonra Rusiya səfiri dəqiqləşdirmə üçün İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. İsrailin xarici işlər naziri Yaira Lapida Rusiyadan üzr istəməsini tələb edib. Rusiya Xarici İşlər Nazirliyi buna cavab olaraq, cənab Lapidin bəyanatlarını “antitarixi” adlandırıb və İsraili Kiyevdəki neonasist rejimini dəstəkləməkdə ittiham edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-05-2022, 14:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər