Almaniya Ukraynaya ağır artilleriya göndərir
Almaniya Ukraynaya Hollandiya hökumətinin artıq söz verdiyi beş artilleriya sistemindən əlavə yeddi özüyeriyən haubitsa göndərəcək.
“BBC” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrext bildirib.
Ukraynaya göndərilən ağır artilleriya sistemləri “Panzerhaubitze 2000” adlanır və alman ordusu onları dünyanın ən müasirləri kimi təsvir edir, ona görə də 20 ukraynalı əsgər göndərilməzdən əvvəl təlim keçməlidir.
Qeyd edilib ki, Almaniya hökuməti Ukraynanı silahla təmin etməkdə ləngidiyi üçün Avropalı müttəfiqlərin təzyiqi ilə üzləşib və yalnız keçən ayın sonunda “Gepard” tanklarından ibarət ilk tədarükünü Ukraynaya göndərib.
NATO ölkələrinin indiyədək Ukraynaya göndərdiyi ağır silahların əksəriyyəti Sovet istehsalı silahlardır, lakin ABŞ və bəzi digər müttəfiqlər Kiyevi Qərb haubitsaları ilə təchiz etməyə başlayıblar.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-05-2022, 14:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB