reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməməlidir" qərarımızda həmrəyik" - G7 liderləri Ukrayna ilə bağlı bəyanat yayıb

reklam

"Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməməlidir" qərarımızda həmrəyik" - G7 liderləri Ukrayna ilə bağlı bəyanat yayıb

















G7 liderləri Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar dəstəyi davam etdirməyə, Rusiyaya təzyiqləri artırmağa və Avropada və dünyada azadlığın qələbəsi üçün birləşməyə söz verən birgə bəyanat yayıblar.

APA xəbər verir ki, bəyanatın mətni Ağ Evin rəsmi saytında dərc edilib.

“Rusiya 2014-cü ildən bəri Ukraynaya təcavüzü və hərəkətləri ilə beynəlxalq qaydalara əsaslanan nizamı, xüsusən də İkinci Dünya Müharibəsindən sonra növbəti nəsilləri müharibə bəlasından xilas etmək üçün nəzərdə tutulmuş BMT Nizamnaməsini pozdu”, - G7 liderlərinin bəyanatında deyilir.

G7 liderləri prezident Zelenskini "Ukraynanın suverenliyini və ərazi bütövlüyünü cəsarətlə müdafiə etməsinə, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dinc, firavan və demokratik gələcək uğrunda mübarizəsinə tam həmrəylik və dəstək verəcəklərinə" əmin ediblər.

"Öz növbəsində prezident Zelenski bəyan edib ki, Ukraynanın əsas məqsədi Rusiyanın hərbi qüvvələrinin və texnikasının Ukraynanın bütün ərazisindən tam çıxarılmasını təmin etmək və gələcəkdə özünü qorumaq qabiliyyətini təmin etməkdir", sənəddə qeyd olunur.

Bundan başqa, Zelenski Ukraynanın lazımi yardımı göstərməkdə beynəlxalq tərəfdaşlarına güvəndiyini vurğulayıb və G7 üzvlərinə dəstəyə görə təşəkkür edib.

“Ukrayna müharibədən sonrakı etibarlı sülh nizamlanması üçün təhlükəsizlik mexanizmləri ilə bağlı beynəlxalq tərəfdaşlarla müzakirələrə başlayıb. Ukrayna Rusiyanın tammiqyaslı işğalı, kritik infrastrukturun kütləvi şəkildə məhv edilməsi və Ukraynanın ixracı üçün ənənəvi daşıma marşrutlarının pozulması nəticəsində yaranan problemlər qarşısında ölkənin makroiqtisadi sabitliyini dəstəkləmək üçün G7 üzvləri ilə yaxından işləməyə sadiqdir”, - bəyanatda deyilir.

G7 liderləri prezident Zelenskini “Ukraynanın indi özünü müdafiə edə bilməsi və gələcək təcavüz aktlarının qarşısını ala bilməsi üçün Ukraynaya azad və demokratik gələcəyini təmin etmək üçün əlavə öhdəliklər götürməyə davam etməyə hazır olduqlarına” əmin ediblər.

Bu məqsədlə beynəlxalq tərəfdaşlar, Ukrayna silahlı qüvvələrinə hərbi və müdafiə yardımlarını davam etdirərək, Ukraynanın kiber hücumlara qarşı müdafiə etmək və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirməkdə dəstək verməyə davam edəcəkələrinə söz veriblər. "Biz ölkənin iqtisadi və enerji təhlükəsizliyini artırmaqda Ukraynaya dəstək verəcəyik" deyə sənəddə vurğulanır.

Ukraynanın maliyyə boşluqlarını doldurmağa və əhaliyə fundamental xidmətlərin təmin edilməsinə kömək etmək üçün G7 liderləri qarşıdakı həftələrdə kollektiv qısamüddətli maliyyə yardımı təmin edəcəklərinə və həmçinin ölkənin bərpası, yenidən qurulması üçün uzun müddətli dəstəklə bağlı imkanlar üzərində işləməyə söz veriblər.

“Biz bütün tərəfdaşları Ukrayna xalqına və qaçqınlara dəstəyimizə qoşulmağa və Ukraynaya öz gələcəyini bərpa etməyə kömək etməyə çağırırıq”, - bəyanatda vurğulanır.

G7 liderləri Vladimir Putin və Aleksandr Lukaşenkonun, o cümlədən "bu təcavüzün memarları olan və həyata keçirilməsinə dəsətk verənlərin öz hərəkətlərinə görə beynəlxalq hüquqa uyğun məsuliyyətə cəlb olunması üçün səylərini əsirgəməyəcəyini" bəyan ediblər.

"G7 demokratik yolla seçilmiş Ukraynanın yerli hökumətini Rusiyanın qanunsuz olaraq yenisi ilə əvəz etmə cəhdlərini pisləyir. Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyü pozan bu hərəkətləri tanımayacağıq", bəyanatda deyilir.

“Biz Rusiya hökumətinin bu müharibədə təqsirini ört-basdır etmək ümidi ilə qlobal, o cümlədən Rusiya ictimaiyyətini qəsdən manipulyasiya edən dezinformasiya strategiyasına qarşı mübarizə aparmağa davam edəcəyik”, - bəyanatda deyilir.

Bundan əlavə, G7 liderləri Rusiyaya cavab olaraq təcili iqtisadi təzyiq tətbiq etməyə davam edəcəklərini - Rusiyanın enerjisindən asılılığın aradan qaldırılması; Rusiyanın asılı olduğu əsas xidmətlərin göstərilməsinin qadağa; qlobal iqtisadiyyata qoşulmuş rus banklarına qarşı tədbirlər görmək; maliyyə elitasına və ailə üzvlərinə qarşı sanksiyalar kampaniyası aparmağa söz veriblər.

G7 liderləri, Rusiyanın bu müharibəsinin qlobal qida təhlükəsizliyi üçün ciddi risk yaratsığını vurğulayıblar: "Biz BMT ilə birlikdə Rusiyanı beynəlxalq öhdəliklərinə uyğun olaraq blokadaya və Ukraynanın ərzaq istehsalı və ixracına mane olan bütün digər fəaliyyətlərə son qoymağa çağırırıq".


G7 liderləri çətin zamanda Ukraynanın yanında olduqlarını vurğulayıblar: ""Prezident Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməməlidir" qərarımızda həmrəyik. Biz bunu İkinci Dünya Müharibəsində azadlıq uğrunda döyüşənlərin xatirəsinə, bu gün də Ukrayna xalqı, Avropa və qlobal birlik uğrunda mübarizəni davam etdirməyə borcluyuq" – bəyanatda qeyd olunur.




Paylaş:


Müəllif : Tarix:
8-05-2022, 23:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər