“Əgər İlkini buraxsalar, mən ondan əl çəkməyəcəm”
“Nərminin meyitinə birinci baxan şəxs mən olmuşam, yarım metrdən baxıb onu tanımışam. O uşaq mənim olmasa, necə deyə bilərdim mənimdir? Dəlillər bizim üçün kifayətdir”.
Bunu yazıçı Aysel Əlizadə ilə görüşdə Tovuzda öldürlən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı atası Şərif Quliyev deyib. O bildirib ki, hadisəni İlkin Süleymanovun törətdiyinə əmindir: “Mən lap əvvəl gedib polis rəisinə demişdim ki, onu buraxın, hadisəni İlkin törətməyib. Amma özü ayın 10-da etiraf elədi. İndi bilirəm ki, bu əməli törədən yüzdə yüz bu insandır. Deyir ki, işgəncə altında boynuma götürmüşəm. Nərmin itkin olduğu 47 gündə mən deməmişəm qatil İlkindir. Ayın 10-da ifadəsini alanda uşağı harada saxladığını etiraf etdi. Dedi "ssenari qururdum", axırda da yandırıb çəkib. İndi məhkəmədə deyir, "məni məcbur ediblər". Bunu ancaq öz uşağı olmayan insan edə bilər. Əgər İlkin buraxsalar, mən ondan əl çəkməyəcəm”.
Nərminin bacısı Şəbnəm Quliyeva isə uşağın atası tərəfindən satılmasına dair səsləndirilən iddialara cavab verib: “Bəziləri deyir atası uşağı satıb. Atam müharibədə uşaqları qorumağa çalışan adam olub. O necə öz uşağını sata bilər? Biz Nərminlə mağazaya gedəndə İlkin bizə kitab vermişdi. O Nərmini içəri salmaq istəyəndə kitab adı ilə edə bilərdi”.
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-05-2022, 14:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər