reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiya daha bir gəmisini itirib

reklam

Rusiya daha bir gəmisini itirib
















Rusiya donanması Qara dənizdə daha bir gəmisini itirib.

“Report” xəbər verir ki, bu barədə “Kanal 24”ün əldə etdiyi kəşfiyyat məlumatında qeyd olunub.

Bildirilib ki, söhbət 23120 layihəli arxa təminat gəmisindən gedir. Həmin gəmilərdən Rusiyada yalnız iki ədəddir – “Vsevolod Bobrov” və “Elbrus”. Lakin hansı gəminin sıradan çıxdığı dəqiqləşdirilməyib.

İlkin məlumata görə, mayın 12-nə keçən gecə 23120 layihəli gəmi İlan adasına doğru gedirdi. Naməlum səbəbdən gəmidə yanğın baş verib.

Daha sonra ekipajın xilas edilməsi əməliyyatı başlanıb. Gecəyarısı yanmış gəmi Sevastopola çatmağı bacarıb. Gəminin nə qədər müddətə sıradan çıxdığı məlum deyil, lakin ilkin məlumatlara görə, gəminin ciddi şəkildə təmirə ehtiyacı olacaq.

Nəzərə alsaq ki, 23120 layihəli gəmiləri ən yenilərdən sayıla bilər, o zaman hətta onlardan birinin müharibə zamanı müvəqqəti itkisi də işğalçılar üçün kritikdir. Üstəlik, gəmini Qara dənizdən çıxarmaq lazım gələrsə, Türkiyə onu geri buraxmayacaq.





Paylaş:


Müəllif : Tarix:
12-05-2022, 15:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər