reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qəzada ölən iki aylıq körpəni həkimə aparırmışlar...

reklam

Qəzada ölən iki aylıq körpəni həkimə aparırmışlar...




















Bu gün Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Xızı rayonundan keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Dəhşətli qəzada ölənlər və yaralananlar Xızının Giləzi qəsəbə sakinləridir. Belə ki, səhər saatlarında kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Xudabaxşıyev 2 aylıq qızının səhhətində yaranmış problemlə bağlı onu xəstəxanaya aparmaq istəyib. Bu məqsədlə o, dostu Orxan Qasımova müraciət edib və Pərviz, 2 aylıq qızı Mədinə, həyat yoldaşı Əfsanə və anası Vəsxanımla birgə Orxanın idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Sumqayıtdakı xəstəxanaya yola düşüblər. Yolda onlar magistralın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir edilən yerdə təktərəfli hərəkət zolağına keçiblər. Yolun 69-cu kilometrliyində O.Qasımovun sürdüyü avtomobil üzbəüz gələn “DAF” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə, ön oturacaqda olan sürücüsü O.Qasımov, eləcə də Pərviz Xudabaxışov, həmçinin arxa oturacaqda anasının qucağında olan 2 aylıq Mədinə aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Körpənin anası və nənəsi isə ağır xəsarətlərlə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, son bir sutkada təmir edilən yolun təktərəfli edilmiş hissəsində 2 ağır yol qəzası baş verib. Hər iki qəzada minik avtomobillərinin yük maşınlarına çırpılması insan itkisinə səbəb olub.




Paylaş:


Müəllif : Tarix:
12-05-2022, 15:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər