Geyimlərinin qiyməti 1 illik maaşları qədərdir: - Məmurlara biznes niyə qadağan edilmir?
Sosial-iqtisadi inkişafa nail olmaq, bunu reallaşdırmaq üçün korrupsiya və rüşvətxorluqla mübarizə birinci şərtdir.
Azərbaycanda məmur özbaşınalığı, rüşvətxorluq, inhisarçılığa qarşı ciddi islahatların aparılmasına baxmayaraq, məmur bürokratiyası, məmur biznesi kimi neqativlər hələ də gündəmdədir. Məmur biznesinin ölkə iqtisadiyyatına ziyanı barədə SİTAT.İNFO-ya danışan ekspert Əkrəm Həsənov bildirdi ki, məmurlar öz vəzifələrindən sui-istifadə edərək iqtisadi inkişafın təməl prinsiplərini pozurlar:
"Məmur biznesinin ölkə iqtisadiyyatı üçün ən böyük ziyanı odur ki, korrupsiyaya aparır. Məmur öz biznesini müdafiə etmək, inkişaf etdirmək üçün daha imtiyazlı vəziyyət yaradır. Rəqiblərini bu sahədən çıxarmağa çalışır. Rəqiblərinin işinə icazə vermir və ya müəyyən çətinliklər yaradır. Bu həmçinin, inhisarın, qeyri-sağlam rəqabətin yaranmasına səbəb olur. Bazar iqtisadiyyatının inkişafı 3 təməl prinsipdən asılıdır ki, bunun birincisi, mülkiyyət hüququnun qorunmasıdır. Bəzən məmurlar digər sahibkarların əmlaklarını qanunsuz şəkildə əllərindən almaqla mülkiyyət hüququnu pozurlar".
Ə. Həsənovun sözlərinə görə, ikinci əsas şərt müqavilə öhdəliklərinin yerinə yetirilməsidir ki, biznesmen məmurlar bundan yan keçə bilirlər: "Məmur biznesi, bəzi hallarda, öhdəlikləri icra etmir. İş məhkəməyə düşəndə məsələnin öz xeyirlərinə həlli üçün məhkəməyə təyziq edirlər. Üçüncü nüans, sağlam rəqabət mühitidir. Məmurlar sağlam rəqabətə imkan vermirlər. Nəticədə, Azərbaycanda sahibkarlığa təşəbbüs azalır, inhisarçılıq meydana gəlir".
Əkrəm Həsənov bildirdi ki, buna qarşı mübarizə aparmaq üçün məmurlar öz gəlirlərini bəyan etməlidirlər: "Dövlət məmurlarının gəlir və xərc bəyannaməsi haqqında qanun qəbul olunmalıdır. Eyni zamanda onların ailə üzvlərinin də gəlir və xərclərinə nəzarət olmalıdır. Çünki,məmurlar bizneslərini öz adlarına yox, qohumlarının adlarına açırlar. Məmurlar öz mülkiyyətlərini, maaşdan əlavə gəlirlərini bəyan etməlidirlər. Bu gün bunu müəyyən etmək olmur. Məmurların və onların ailə üzvlərinin geyimlərinin qiyməti, demək olar ki, onların illik maaşları qədərdir".
Paylaş:
Müəllif : Yazar
Tarix:12-05-2022, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər