Azərbaycanda yanacaq bahalaşacaq? - SOCAR-dan açıqlama
“SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində yanacağın sürücülərə məhdudiyyətlə satıldığı iddia olunur.
Bu barədə müraciət edən sürücülər iddia ediblər ki, “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində Aİ-92 markalı benzinin və dizelin satışı məhdudlaşdırılıb. Bildirilir ki, bu növ yanacaqların 30 manatdan çox alışına icazə verilmir.
Sürücülər iddia edirlər ki, yaxın gələcəkdə yanacağın qiyməti bahalaşacaq və SOCAR həmin vaxta qədər maksimum az yanacaq satmağa çalışır.
“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məsələ ilə bağlı Yeniavaz.com-un sorğusunu cavablandırdı. O bildirdi ki, ölkədə fəaliyyət göstərən SOCAR brendli yanacaqdoldurma məntəqələrində dizel və Aİ-92 yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur:
“Qeyd olunan yanacaq növlərinin satışı fasiləsiz olaraq həyata keçirilir. Neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR Petroleum” QSC-yə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir. Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR Petroleum” QSC-yə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər”.
Ü. Həbibbəyli yanacağın qiymətinin bahalaşacağı ilə bağlı iddialara da münasibət bildirib:
“Yanacağın qiymətinin bahalaşması ilə bağlı bizə heç bir göstəriş verilməyib. Ümumiyyətlə yerli istehsal yanacaq növlərinin qiymətləri Tarif Şurası tərəfindən nizamlanır. Xaricdən idxal olunan yanacaq növlərinin qiymətini isə sərbəst bazar müəyyənləşdirir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-05-2022, 13:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər