reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vilyam Hacıyevin məhkəməsində şahid dindirildi: “Yeddi minlik yardımdan ancaq 300-nü götürdüm”

reklam

Vilyam Hacıyevin məhkəməsində şahid dindirildi: “Yeddi minlik yardımdan ancaq 300-nü götürdüm”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid ifadə verib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Vüsal Niftəliyev dindirilərkən bildirib ki, hazırda işsizdir.

O qeyd edib ki, V.Hacıyevin İmişli RİH-də işlədiyi dövrdə maliyyə yardımının göstərilməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciət edib:

“Kart hesabıma yeddi min manat pul köçürüldü. Həmin puldan 300 manatı özümə götürüb, 6 700 manatı isə baş mühasib Cəmil Musayevə qaytardım”.

Məhkəmənin növbəti iclası mayın 20-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.




Paylaş:


Müəllif : Tarix:
16-05-2022, 15:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər