Zəif oxuyan şagirdlərin peşə təhsilinə yönəlməsi yaxşı haldır... - AMMA...
“9-cu sinif buraxılış imtahanından sonra nəticələri zəif olan şagirdlərin kütləvi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı "qərar" verdiyiniz barədə çoxsaylı şikayətlər daxil olur”. Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
Şagirdlərin təhsil alma hüququnu məhdudlaşdırmağa heç kimin ixtiyarı olmadığını vurğulayan ekspert bildirib ki, Təhsil Nazirliyi tapşırıq verib ki, nəticəsi zəif olanlar peşə təhsilinə yönəldilsin. Yaxşı edirsiniz, amma düz etmirsiniz: “Siz elə bilirsiniz ki, icbari təhsil 9 illikdir, yəni şagirdlərin 9-cu sinfə qədər gəlməsi məcburi, ondan sonra sizin xoşunuza görədir?”. Təhsil eksperti Nabatəli Qulamoğlunun “Şərq”ə açıqlamasına görə, imtahanda zəif nəticə göstərən uşaqların təhsildən uzaqlaşdırılması qanunsuz, amma məntiqi qərardır:
“Qanunauyğun olanla məntiqə uyğun olan məsələlər üst-üstdə düşməyəndə bu cür çaşqınlıq və narazılıqlar yaşana bilir.
Mövcud qanunvericiliyə görə, IX sinif buraxılış imtahanında zəif nəticə göstərən uşaqların məktəb direktorları tərəfindən kütləvi şəkildə məktəbdən kənarlaşdırılması doğru deyil və bu məsələnin araşdırılaraq müvafiq addımlar atılacağını ümid edirəm.
Heç bir direktorun şagirdi məktəbdən uzaqlaşdırmaq haqqı yoxdu. Buna cəhd belə vəzifə səlahiyyətlərinin aşılması hesab olunur. Zəif şagirdlərin tam orta təhsil səviyyəsinə keçirilməməsi həmin şagirdlərə qarşı haqsızlıqdır.
Builki imtahanda zəif nəticə göstərən şagirdlərin gələn il yaxşı nəticə göstərməyəcəyinə heç kəs zəmanət verə bilməz.
Həyat təcrübəmdə dəfələrlə şahidi olmuşam ki, orta məktəbi üçlə bitirib, amma ali məktəbdə “Lenin” adına təqaüd alıb. Düzdür, bu kimi hallar sadəcə istisnalardır. Adətən imtahanda zəif nəticə göstərən şagirdlərin əksəriyyəti növbəti illərdə də eyni nəticəni göstərir və onların ümumiyyətlə oxumağa, təhsilini davam etdirməyə marağı olmur”.
N.Qulamoğlunun sözlərinə görə, imtahan göstəricilərinin zəif olması şagirdlərin kütləvi şəkildə məktəbdən uzaqlaşdırılmasına heç bir halda əsas vermir. Direktorlar və ya müəllimlər bunu hökmlə yox, maarifləndirmə yolu ilə uşaqlara izah etməli və onları peşə təhsilinə yönləndirməlidir:
“Peşə təhsili ilə bağlı təbliğatı elə qurmaq lazımdır ki, imtahan göstəricisi zəif olan şagirdlərin özləri peşə təhsili, orta ixtisas təhsili müəssisələrinə getsinlər. İmtahan nəticəsi yüksək normal olmayan şagirdlər iki il boşuna məktəbə ayaq döyməkdənsə, həmin illəri hansısa bir sənət öyrənməyə, peşə təhsili almağa sərf edə bilər. Zəif oxuyan şagirdlərin peşə təhsilinə yönəlməsi yaxşı haldır.
Təbii ki, öz istəkləri ilə. Əksi halda qeyd etdiyiniz yönləndirmə çox absurddur. Uşağın nəticəsi aşağı ola bilər və peşə təhsilini də istəməyə bilər. Amma bu o demək deyil ki, 11 illik təhsildən kənarlaşdırılmalıdır. Bu, işin hüquqi tərəfi.
Məntiqlə düşünəndə isə şagird 9-cu sinfə qədər oxumursa və 10-cu sinfə attestat alsın deyə gəlirsə, bunun nə mənası? Üstəlik, məqsədsiz 10-cu sinfə gələn şagird bir çox hallarda etik qaydaları pozur, digər şagirdlərin təhsil alma hüquqlarını pozur və intizamsızlıq yayır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-05-2022, 10:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər