Həbsdəki məmurlar: Nazir, deputat, səfir, icra başçısı... Kimlər əfvə düşə bilər? - ARAŞDIRMA
28 Mayda əfv sərəncamının veriləcəyi gözlənilir.
Son məlumatlara görə, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası artıq 400-dən çox müraciətə baxıb. Kimlərin əfv olunacağı bəlli olmasa da, cəmiyyətin diqqətində olanda bir sıra şəxslər var ki, onlarla bağlı veriləcək qərar ictimai maraq doğurur. Söhbər hazırda həbsdə olan məmurlardan gedir.
Onlar kimlərdir və onlardan kimin əfvə düşmə şansı var?
Hazırda sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da həbsdədir.
2018-ci ildə nazir vəzifəsindən azad olunsa da, onunla bağlı həbs qərarı 2021-ci ildə verilib. Həmin ilin 3 fevralında hüquq-mühafizə orqanları tərəfindən korrupsiya faktlarının araşdırılması ilə bağlı saxlanılıb. Səlim Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir. Qeyd edək ki, sabiq nazirin 2 milyard manat dövlət vəsaitinin mənimsədiyi iddia olunur.
*Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) də həbsdə olan məmurlardandır.
Əjfər Ol da sabiq nazir Səlim Müslümov kimi rüşvət almaqda ittiham olunur. İstintaq materialında qeyd olunur: Cəbiyev Əjdər Feyzulla oğlu 2004-cü ildən 2013-cü ilə qədər Dövlət Sosial Müdafiə Fondunun, 2013-cü ildən 2018-ci ilə qədər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbəri vəzifəsinin icrası zamanı təkrar olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs halında külli miqdarda məbləğ təşkil edən vəsaiti rüşvət qismində əldə edib. Təqsirləndirilən şəxs göstərilən əməlləri törətməklə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Əjdər Cəbiyev Dövlət Sosial Müdafiə Fondunun rəhbəri olmuş Səlim Müslümovla əlbir olan bir qrup səxs vasitəsi ilə bir neçə nəfərdən rüşvət və mənimsəmə yolu ilə ümumilikdə 500 min manatdan artıq vəsait əldə edib.
*Həbsdə olan daha bir məmur ləğv edilmiş KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. V.Səfərli də milyonlarla manat dəyərində dövlət vəsaitini mənimsəməkdə ittiham olunub. Xatırladaq ki, V.Səfərlinin bir sıra əmlakları müsadirə edilib.
*Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənov də hazırda həbsdədir.
O, Xarici İşlər Nazirliyində maliyyə yoxlamaları ilə bağlı istintaqın gedişində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Eldar Həsənov xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsində ittiham olunur. İttihama görə, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17.931.316 manat pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf edib və mənimsəyib.
O, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat məbləğində pulu leqallaşdırmaqda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat zərər vurmaqda və dövlət büdcəsinin 192.387 manat pulundan təyinatı üzrə istifadə etməməkdə ittiham edilir. Bu ilin yanvar ayında Bakı Ağır Cinayətlər Məhkəməsi Eldar Həsənovun 10 il müddətində azadlıqdan məhrum edib.
*Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev də həbsdə olan məmurlardandır.
O, milyardlarla dollar dəyərində dövlət vəsaitini mənimsəməkdə ittiham olunurdu. O, 14 oktyabr 2016-cı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunurdu ki, Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka, 7 milyon manat tutularaq isə "Aqrokredit" QSC-yə verilsin.
*Həbsdə olan sabiq deputat Eldəniz Səlimov isə digərlərindən fərqli olaraq polis əməkdaşına zor tətbiq etdiyinə görə həbs olunub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Səlimov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etdiyinə görə həbs olunub.
*Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov da hazırda həbsdədir.
O, 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verən cinayət hadisəsinə görə həbs edilib. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib.
*Bunlardan başqa həbsdə bir sıra icra başçıları var.
Onların hamısı rüşvət, korrupsiya, dövlət əmlakını talamaq kimi cinayət işləri ilə ittiham olunurdu. Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov, Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev, Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev, Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov və Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov həbs olunub. Eyni ittihamlarla həbs olunmuş Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev isə ötən ilin 8 sentyabrında həbsdə dünyasını dəyişib.
*Mədəniyyət Nazirliyində nazirin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da həbsdə olan sabiq məmurlardandır.
Rafiq Bayramov mədəniyyət müəssisələrinin tikintisi, təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin müntəzəm olaraq nağdlaşdırılıb mənsəməsi, Zakir Sultanov isə tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini özünə götürməsinə görə həbs olunub.
*Xarici İşlər Nazirliyinin isə 3 sabiq əməkdaşı hazırda həbsdədir.
Belə ki, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev dövlət vəsaitini ələ keçirdikləri, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət aldıqları və s. hüquqazidd əməllər törətdikləri üçün həbs ediliblər.
Adıçəkilən məmurlardan kimlərin əfv üçün ərizə yazdığı və ya kimlərin əfv siyahısına düşəcəyi bəlli deyil. Ümumiyyətlə, törədilən cinayətlərə görə kimlər əfvə düşə bilər, bu da qanunla tənzimlənən məsələdir. Amma təcrübədə “MTN işi” və “Rabitə işi” var ki, hər iki prosesdə dövlətə dəyən zərəri ödəməklə bu və ya digər formada azadlığına qovuşan sabiq məmurlar var. Hər halda bütün suallara mayın 28-də aydınlıq gələcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-05-2022, 12:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər