DİN Bəxtiyar Hacıyevə “stop” qoyubmuş...
İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.
Bu barədə o, sosial şəbəkə hesabında yazıb. B. Hacıyev bildirib ki, xaricə getmək istəyərkən hava limanında ona ölkədən çıxışına qadağa qoyulduğunu deyiblər:
"DİN mənə ölkədən çıxmağa qadağa qoyubmuş, deyiblər tutub təhvil verin bizə. Estoniyaya tədbirə gedirəm, deyirlər DİN-ə təhvil verməyimiz əmr olunub".
İctimai fəal növbəti paylaşdığı postda isə problemin aradan qaldırıldığını yazıb:
“Xeyli araşdırandan sonra dedilər ki, açılıb-bağlanmış bir işdə şahid olduğum üçün ötən il “saxla” qoyulubmuş. “Saxla” əmrini rəsmi qaydada qoymaq lazımdır ki, səfərdən əvvəl DİN-in saytında yoxlayıb vaxtında tədbir görək. Saytda isə “stop” yox idi. Hətta səhər hava limanında da yoxlayanda yox idi. İki saat saxlanılıb ora-bura aparılandan sonra son anda təyyarəyə çatdım, tər içində. Sonra da deyirlər niyə şikayət edirsən?”
Paylaş:
Müəllif : Fuad
Tarix:19-05-2022, 10:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər