“Uşaq evində böyüdüm, 8 il həbs yatdım” - Nizami Rəmzinin oğlu
Mərhum meyxanaçı və şair Nizami Rəmzinin oğlu Rza Baxşıyev atasının ölümündən sonra başına gələnlərdən danışıb.
O, Nail Kəmərlinin yutub layihəsində qonaq olub.Rza atasından sonra bütün ailə üzvlərini itirdiyini deyib: “Atamı 11 yaşımda itirdim. O, avtoqəzada həyatını itirdi. Atamdan sonra bacım, qardaşım, anam da rəhmətə getdi. Anam yatdı, durmadı. Tək mən sağam”.
O, yaşadığı çətin həyatdan danışıb: “Çöllərdə qaldım. Heç kim yiyəlik etmədi. Heç bir qohum məni öz yanına çəkmədi. Nə əmi, nə dayı, nə xala, nə bibi – heç kim. Qaldım özbaşına. 11 yaşlı uşaq nə edə bilər? Bir nəfərin köməkliyi ilə gəlib çıxdım “Ümid yeri” uşaq evinə. 18 yaşadək orada qaldım. Oradan hərbi xidmətə getdim. Qayıtdım, orada qalmağa davam etdim. Ailə həyatı qurdum”.
Rza həbs həyatı yaşadığını bildirib: “Bir müddət taksi sürücüsü işlədim. Həyat çöndü, düşdüm həbsxanaya. 8 ildən çox həbsdə qaldım. 2020-ci ildə çıxdım. Mən həbsdə olanda Abbas Bağırov, Könül Kərimova, Mətanət İsgəndərli, rəhmətlik Baloğlan Əşrəfov kimi sənətçilər ailəmə dəstək oldular. Onlar həmişə mənə kömək olub. Həbsdən çıxandan sonra “moyka”larda işləyirəm. Hətta uzun müddət “moyka”da yaşamışam. Yerim yox idi, küçədə qalası deyildim ki... İndi kirayə balaca ev tutmuşam. Hazırda orada yaşayıram”.
O, sağlıq durumunun yaxşı olmadığını deyib: ““Moyka”da çox çətin vəziyyətdə işləyirəm. Pulum ancaq yeməyə güclə çatır. Olur ki, bir ay evpulunu verə bilirəm, bir ay yox. Heç kimdən heç nə istəmirəm. Heç olmasa aylıq gəliri olan işlə təmin etsəydilər... Həbsdə olmuşam deyə hara gedirəm qoymurlar. Nə olar ki... Heç kim sığortalı deyil. Heç kim sabah başına nə gələcəyini bilmir”.
Rza meyxanaçı Rəşad Dağlıdan narazılıq edib: “Hər dəfə efirə çıxanda deyir ki, Nizami Rəmzinin tələbəsiyəm. Ancaq bir dəfə də olsun, onun oğlu ilə maraqlanmayıb. Heç nə istəmirəm. Quru da olsa, adam adamla maraqlanar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-05-2022, 14:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər