reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bunu edənlər 100 manat cərimə olunacaqlar - Xəbərdarlıq

reklam

Bunu edənlər 100 manat cərimə olunacaqlar - Xəbərdarlıq

















"Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yalan çağırış zəngləri ilə bağlı polis orqanlarına daxil olan müraciətlər araşdırılır".

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Bu olduqca həssas məsələdir, tibbi və digər dövlət xidmətlərinin fəaliyyətini kimsə əsassız olaraq məşğul edə bilməz. Bilə-bilə yalan təcili yardım çağırışı verilməsi inzibati məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq, bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. İnzibati xəta xarakterli əmələ görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə - yüz manat məbləğində cərimə tətbiq edilir", - DİN rəsmisi vurğulayıb.




Paylaş:


Müəllif : Tarix:
19-05-2022, 14:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər