“Bəzi məktəblərdə narkotik biznesi məsələləri var...” - Ekspert HƏYƏCAN TƏBİLİ ÇALDI
Son vaxtlar məktəblərdə şagirdlərin bir-birini bıçaqlaması, xəsarət yetirməsi kimi hallarla rastlaşırıq. Son olaraq Xəzər rayon Binə qəsəbəsində Hövsan Südçülük sovxozunda yerləşən Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbdə belə bir xoşagəlməz hadisə yaşanıb. Məktəbin 9-cu sinif şagirdlərindən biri digərini bıçaqlayaraq xəsarət yetirib.
Məktəblərdə nə baş verir? Şagirdləri bu cür kriminal hadisələrə sürükləyən nədir? Problemin qarşısını almaq üçün dövlət, cəmiyyət olaraq nə etməli? Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, bu cür hadisələr hər zaman olub. Lakin son vaxtlar bu məsələ daha kütləvi hal alıb, intensivləşib. 2022-ci ilin başlanğıcından təhsil müəssisələri ilə bağlı xeyli neqativ fikirlər, görüntülər hadisələr ortaya çıxır. Bunların da baş vermə səbəbi nədir? Hələ pandemiyanın başlanğıcında, distant təhsilə keçid zamanı dəfələrlə bildirirdik ki, postpandemiya dövründə şagirdlərin məktəbə adaptasiya olunmasında, uyğunlaşmasında problemlər yaranacaq. Həmçinin şagirdlərarası, şagird-müəllim, məktəb direktoru-müəllim, valideyn-məktəb münasibətlərində problemlər olacaq. Artıq həmin problemlərin bir qismini müşahidə edirik.
Daha bir məsələ, bu gün birinci sinifdən tutmuş on birinci sinif şahirdlərinin hər birinin əlində smartfon telefonlar var. Onlar telefon vasitəsi ilə müxtəlif platformalara daxil olurlar ki, onların arasında daha çox “Tik-tok” sosial şəbəkəsidir. Hər kəsə məlumdur ki, orada bəhsə-bəhs, şagirdlərin yaşlarına uyğun olmayan davranışlar sərgilənir. Bu kimi hallar şagirdlərin psixologiyasına çox ciddi təsir edir. Nəticə etibarı ilə həmin görüntülər artıq məktəblərə, audotoriyalara daşınır. Nəticədə ya şagirdlər arasında ünsiyyət problemi olduğu üçün müəyyən bıçaqlanma, xəsarət yetirmə hadisələri və yaxud müəllimlə şagird arasında münasibətlərin pozulması kimi amillər baş verir ki, bu da təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir.
Bunun da birbaşa günahkarı Təhsil Nazirliyi deyil. Bu gün ölkədə 1 milyondan çox şagird təhsil alır və bu qədər şagirdlə işləmək üçün təhsil nazirliyinin imkanları yetmir. Burada müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, dövlət tərəfindən qrantlar alan QHT-lər də işlər görməlidirlər. Doğrudur, bu qurum və təşkilatlar ara-sıra hansısa rayonlara gedib, məktəblərdə görüşlər keçirdiklərini bildirirlər. Amma məlum olur ki, bu sadəcə hesabat xarakteri daşıyır və ortada heç nə yoxdur, kimsə “qollarını çırmalayıb” məsələnin əməli tərəfinə çalışmır. Hər birimiz təhsildə baş verən neqativliklərlə bağlı köməklik etməliyik. Xüsusən də, şagirdlərin psixologiyasına çox pis təsir edən sosial media platformalarının dayandırılmasını və yaxud müvafiq bloklar qoyulmasını tələb etməliyik".
Ekspert hesab edir ki, problemin həlli üçün valideynlər də öz övladların nəzarəti artırmalıdır: “Valideyn övladını məktəbə yola salarkən və yaxud məktəbdən qəbul edərkən ona ciddi nəzarət etməlidir. Şagird məktəbə soyuq silah, hətta narkotik maddə də gətirə bilər. Hansı ki, son vaxtlar bu cür məsələləri çox müşahidə edirik. Hətta bəzi məktəblərdə narkotik biznes məsələləri var, şagirdlər gündəlik olaraq narkotik, psixotrop maddələrin daşıyıcılarıdır. Bu xüsusən də 8-11-ci sinif şagirdləri arasında müşahidə olunur. Bu şagirdlərlə işləmək həm məktəbin, həm də valideynlərin funksiyasıdır.
Bir məsələni də qeyd edim. Müşahidə edirik ki, bu cür neqativ hallar təhsil almağa meylli şagirdlər arasında çox nadir hallarda baş verir. Daha çox isə təhsil almaq istəməyən, boş-bekar dolaşan, təhsildən başqa hər şeylə məşğul olmağa çalışan şagirdlər arasında baş verir. Demək ki, daha çox həmin şahirdlərin üzərində fokslanmalı, onlarla işləməliyik. Əks halda neqativ hallar artacaq".
Elçin Əfəndi həmçinin qeyd etdi ki, problemin yaranmasına təsir edən amillərdən biri də məktəblərdə psixoloq çatışmazlığıdır: “Bu gün məktəblərdə təhsil alan şagirdlərin nisbəti ilə psixoloqlarının sayının nisbətini müqayisə edəndə görürük ki, psixoloqların sayı dəhşətli dərəcədə azdır. Ən pisi isə budur ki, olan psixoloqların da əksəriyyətinin heç psixoloq təhsili, anlayışı yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-05-2022, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər