reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Ucar rayonunda vətəndaşları qəbul edəcək

reklam

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Ucar rayonunda vətəndaşları qəbul edəcək








Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev mayın 27-də Ucar rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar mayın 18-dən 24-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

RegionXəbərləri.com





Paylaş:


Müəllif : Tarix:
22-05-2022, 11:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər