Çörək və un məmulatları BAHALAŞACAQ - Diqqət!
“Dünyada ərzaq buğdası, taxılla bağlı ciddi problemlər yaşanır, qiymət artımı ilə yanaşı fiziki çatışmazlıq da var. Azərbaycanda 1 ildə istehlak olunan taxılın 80 faizə yaxını xaricdən alınır, hər il bizə 1,2 mln. tona yaxın ərzaqlıq buğda idxal etmək lazımdır ki, daxili təlabatı ödəyək. 2021-ci ilin ilk 4 ayında ölkəyə idxal olunan taxılın həcmi 365 min 348 ton, ortalama qiyməti 254,5 dollar olub. 2022-ci ilin eyni dövründə, yəni ilk 4 ayında isə ölkəyə 308 min 42 ton taxıl gətirilib, ortalama qiymət 341,7 dollar təşkil edib. Yəni, son bir ildə buğdanın 1 ton 87,2 dollar (148 manat) və ya 34 faiz bahalaşıb”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspertin dediyinə görə, rəsmi rəqəmlərdən də görünür ki, keçən ilin ilk 4 ayına nisbətən bu il eyni dövrdə ölkəyə gətirilən taxıl həcmi 57 min 306 ton azalıb:
“Bu, az rəqəm deyil. Məmləkətdə Dövlət Taxıl Fondu adlı qurum var, əvvəl FHN-nin tərkibində idi, keçən ilin oktyabrında həmin qurum və onun funksiyaları Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib. Bu agentliyin saytı yoxdur, məlumat bazasını tapa bilmədim, heç mətbuta açıqlamaları da yoxdur.
Bu gün bizim nə qədər taxıl ehtiyatımız var? Bu ehtiyatlar hansı müddətə qədər ölkəmizə bəs edər? Dünyada taxılın qiymətləri artıb, bizim idxal etdiyimiz taxılın qiymətində də hər tona 150 manata yaxın artım var. Çörək və un məmulatları bahalaşacaq, başqa yol görmürəm, yaxşı, hökumətin bu bahalaşmanın qarşısını ala biləcək kompensasiya və dotasiya mexanizmləri varmı, bu haqda düşünürlərmi?”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-05-2022, 13:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər