“İrəli” İB region gənclərinin inkişafı üçün yeni layihəyə start verir
“İrəli” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə tərəfdaşlığı ilə “Gənclər Davamlı İnkişaf üçün” layihəsinə start verir.
Birliyin Mətbuat xidmətindən məlumat verilib ki, layihə 3 mərhələdən ibarətdir.
Layihənin “Bilikdən-bacarığa” adlı birinci mərhələsində ilkin qeydiyyat və müsahibə mərhələsini uğurla başa vurmuş 30 nəfər gənc 8 gün müddətində qeyri-formal təhsil və onun prinsipləri, seminar planlaması, region gənclərinin ehtiyaclarının öyrənilməsi, münaqişəli halların effektiv idarə edilməsi və digər mövzularda müxtəlif təlim sessiyalarına qatılacaqlar.
Həmçinin bildirilib ki, layihənin növbəti mərhələlərində gənclər öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcək, region gəncləri arasında sorğu keçirəcəklər. Sorğulardan əldə ediləcək nəticələr vasitəsilə region gənclərinin ehtiyac və problemləri öyrəniləcək, bu istiqamətdə təklif paketi hazırlanacaq.
Qeyd edək ki, “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin əsas məqsədi cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, region gənclərinin inkişafı istiqamətində təşəbbüslərin artması ilə ümumilikdə gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir.
Layihədə iştirak etmək istəyən 22-29 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2022, 14:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər