Azərbaycanda çörək bahalaşır? - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
Rusiya 2022-ci ildə gözlənilən rekord buğda məhsulunun olmasına baxmayaraq, Avropa İttifaqının bütün üzvlərinə taxıl ixracına kvota və rüsumlar tətbiq etməyi planlaşdırır. 2021-ci il üçün Kənd Təsərrüfatı Məhsullarının İxracının İnkişafı üzrə Federal Mərkəzin məlumatına görə, Rusiya taxılının ən böyük alıcıları sırasında ölkəmiz də var. Azərbaycan Rusiyadan 305 milyon dollar həcmində taxıl idxal edib. Artıq bir çox ölkələri aclıq həyəcanı bürüyüb. Tunisdə un qıtlığı var, Misirdə çörək bahalaşıb, Əlcəzair ehtiyata qənaət etmək üçün buğda məhsullarının ixracına məhdudiyyətlər qoyur, Yəməndə 161 min nəfər üçün “fəlakətli aclıq” proqnozlaşdırılır.
Eyni zamanda, Davos Dünya İqtisadi Forumunda bir sıra ölkələrin dövlət başçıları, nazirləri bildirdilər ki, Rusiya-Ukrayna müharibəsi və tətbiq olunan sərt qərarlar fonunda başda taxıl və çörək olmaqla, bir çox sahədə bahalaşma davam edəcək. Belə bir şəraitdə Azərbaycan da bu vəziyyətdən sığortalanmayıb. Ola bilərmi ki, dünyanın hər bir yerində taxılın, çörəyin qiyməti qalxsın, Azərbaycanda yox. Bu mümkündürmü? Xüsusilə də çörəyin qiyməti arta bilərmi? Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, dünyada taxıl və un qiymətlərində müşahidə edilən bahalaşma Azərbaycan bazarına da təsir göstərəcək.
“Azərbaycanda 2019-cu ildən başlayaraq, idxal zamanı gömrükdə taxıla tətbiq olunan vergilər aradan qaldırıldı. Yəni dövlət taxılın qiymətinin daha da bahalaşmaması üçün bu addımı atdı. Daha sonra 2021-ci ildə vergi effektinin kifayət etmədiyini nəzərə alaraq, subsidiyalar verilməyə başlandı. Çünki taxıl qiymətləri sürətlə bahalaşırdı. 2021-ci ilin sonlarında isə bu, dayandırıldı. Çünki gördülər ki, proses qeyri-müəyyən müddətə davam edir və bunu bu şəkildə davam etdirmək ciddi surətdə büdcəyə yükə çevriləcək. Bununla da dəyirmanlara və idxalçılara subsidiyaların verilməsi dayandırıldı. Eyni zamanda qiymətlərin həddən ziyadə artmaması üçün nəzarət də gücləndirildi. Subsidiya dayanandan sonra - bu ilin yanvar ayında çörək və un məhsullarının qiyməti 30% bahalaşdı. Dünyada cərəyan edən proseslər də onu göstərir ki, taxıl və un qiymətlərində müşahidə edilən bahalaşma daxili bazara da təsir göstərəcək. Çünki Azərbaycanın ümumi taxıl tələbatının 42-43 faizi, ərzaqlıq taxıl ehtiyacımızın isə 75 faizi idxalla təmin olunur”, - iqtisadçı qeyd edib.
Xalid Kərimli hesab edir ki, taxılın qiymətində davam edən bahalaşmanı mağazalarda hiss edəcəyik: “Əgər hökumət subsidiya mexanizmini yenidən işə salmaq istəməsə, taxılla bağlı dünya bazar qiymətlərində baş verən prosesləri və bahalaşmanı biz mağazalarda hiss edəcəyik. Hesab edirəm ki, subsidiya mexanizmi yenidən həyata keçirilməyəcək, çünki hökumət bu addımı bir dəfə müvəqqəti olduğu düşünülərək atmışdı”.
İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, dünya bazarında taxılın qiymətinin ciddi şəkildə artması nəticə etibarilə ölkəmizdə də sözügedən məhsulun qiymətinin artmasına səbəb olacaq.
“Azərbaycan hökuməti tərəfindən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, ərzaq ehtiyatının formalaşıdırılması üçün 2021-ci ilin sonlarından bu günə qədər müxtəlif silsilə qərarlar verilib, bir sıra tədbirlər həyata keçirilib. Hazırda da bu işlər davam etdirilir. Monitorinq sistemi yaradılıb, ölkənin ümumistehlak səbətinə daxil olan əsas ərzaq məhsullarından ibarət 28 adda məhsulun ixracına nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Yerlərdə süni qiymət artımlarına qarşı monitorinqin 68 şəhər və rayonda sistemli şəkildə aparılması və digər tədbirlər bilavasitə ölkənin ərzaq ehtiyatının toplanmasına və daha səmərəli idarə edilməsinə xidmət edir. Ancaq dünyada gedən proseslərdən yayınmaq mümkün deyil. Hökumət subsidiyaları artırmaq və bu məsələləri məhz dövlət dəstək mexanizmlərindən istifadə etməklə, nəticədə vətəndaşların birbaşa istehlakında olan un və çörəyin qiymətinin qalxmasının qarşısını ala bilər. Lakin dünyada baş verən tendensiya ölkəmizə də siraət edəcək. Düşünürəm ki, bu proses hələ bir müddət müəyyən problemləri ölkələr üçün aktual olaraq saxlayacaq”, - iqtisadçı vurğulayıb.
Qeyd edək ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin proqnozuna görə, 2022-2023-cü illərin kənd təsərrüfatı mövsümündə dünya buğda istehsalı son 4 ildə ilk dəfə 4,5 milyon ton azalacaq. Yem buğdasının istehlakı isə 7,5 milyon az ola bilər.
Bu arada, dünyada əsas taxıl məhsulu olan buğdanın dəyəri 2022-ci ilin yanvar ayının əvvəlindən mayın ortalarına kimi 60 faizdən çox artıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2022, 18:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər