AXCP üzvü azadlığa çıxdı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Məhərrəmov Aqil Əli oğlu azadlığa çıxıb.
Bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd olunur ki, o, hazırda evindədir.
Xatırladaq ki, Aqil Məhərrəmli 2018-ci ildə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ruslan Nəsirov, Babək Həsənovla birgə həbs olunub. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndiriliblər. Həmin vaxt istintaqdan gizləndiyi üçün isə Eltac Əlisoy barəsində axtarış elan olunub.
2019-cu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib. Məhkəmə AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovu və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini şərti azadlığa buraxıb.
Xatırladaq ki, Babək Həsənov ötən il əfv sərəncamı ilə azadlığa çıxıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-05-2022, 08:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər