reklam
Regionxeberlericom.az » Cəmiyyət » İraqda cəzaçəkmə müəssisəsində saxlanılan 2 uşaq Azərbaycana gətirildi

reklam

İraqda cəzaçəkmə müəssisəsində saxlanılan 2 uşaq Azərbaycana gətirildi

















Mayın 25-də İraqın cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş 2 uşağın Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkəyə repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş əlaqələndirilmiş və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə onların Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra Azərbaycanın İraqdakı Səfirliyi tərəfindən onların Azərbaycana repatriasiyası təşkil edilib, o cümlədən uşaqlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin ediliblər. Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən sözügedən şəxslərin hava limanında sürətli keçidi təmin olunub.

Azərbaycana gəldikdən sonra repatriantlar zəruri tibbi yoxlamadan keçirilib, reinteqrasiyası və reabilitasiyası üçün müvafiq müəssisədə yerləşdiriliblər. Müvafiq prosedurlar tamamlandıqdan sonra onların yaxınlarına təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dövlətin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır. Belə ki, bu günə qədər 288 uşaq və 2 qadın olmaqla İraqdan ölkəyə repatriasiya olunmuş Azərbaycan vətəndaşlarının sayı ümumilikdə 290 nəfərə çatıb.





Paylaş:


Müəllif : Tarix:
25-05-2022, 12:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər