Bakıda bu məktəbdə dərslər 20 ildir vaqonda keçilir: - "Sinifdə siçanlar qaçır... "
Bakıda vaqonlarda 20 ildir ki, dərs keçirilir.
Cəbrayıl rayonunun 25 saylı tam orta məktəbində təhsil almaq üçün şəraitin olmadığı bildirilir.
regionxeberlericom.az cebhe.info-ya istinadla xəbər verir ki, bu barədə kadrlar yerli kanalların birində yayımlanıb. Sabunçu rayonunda yerləşən məktəbin müəllimləri keçmiş məcburi köçkünlərdir. Vaqonlar iki və bir otaqlı olmaqla siniflərə bölünür. Partalar, yazı lövhəsi yararsız, döşəmə isə oyulmuş vəziyyətdədir.
Şagirdlərin verdiyi qısa müsahibədə onlar sinifdə siçan gördüklərini, biri isə qırılan qapının müəlliminin təmir etdiyini deyib. Vaqonlardakı siniflərin sayı ümumilikdə 22- dir. Məktəbdə 450- dən çox şagird alır, 60 müəllim çalışır. Şagirdlərin yerləşdirilməsi üçün məktəb iki növbədə fəaliyyət göstərir. Məktəbin müəlliminin sözlərinə görə, sözügedən ərazidə neft çıxdığı üçün tikilinin aparılmasına icazə verilməyib. Məhz bu səbəbdən məktəb binası inşa edilməyib.
[media=https://www.facebook.com/arbtelevision/videos/363908929136793/]
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2022, 16:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər