“Hər xırda məsələ telekanallarda müzakirəyə çıxarılır” - Deputatdan maraqlı açıqlama
Bu gün Azərbaycanda sosial məzmunlu verilişlər reytinqli olsa da, efirdə müzakirə olunan mövzular çox vaxt narazılıqla qarşılanır.
Yerli telekanallarında yayımlanan ailə-məişət mövzulu verilişlərdə qeyri-etik çıxışlar, şəxsi həyata müdaxilə, hər xırda mövzunun müzakirəyə çıxarılması "en" qədərdir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı hər xırda problemin efirə çıxarılaraq müzakirəsinin əleyhinə olduğunu deyib:
“Sosioloqlar bunun cavabını daha dəqiq bilərlərlər, amma bütün dünyada bu cür sosial məzmunlu verilişlər var. Cəmiyyətin bu və ya digər problemlərini üzə çıxarıb, onu ictimailəşdirməkdə, fərdi problemləri həll etməkdə, fərdlərə ictimai dəstəkdə sosial verilişlər yardımçı olur. Bu cür insanların sosial verilişlərə çıxarılması, problemin ictimailəşdirilməsi normaldır. Buna başqa cür qiymət verməzdim, ancaq təbii ki, bizim sosial verilişlər hələ ki, o səviyyədə özünü ifadə etmir. Hər xırda məsələlər, ayrı-ayrı fərdlərin xırda problemləri belə tele-ekranlara çıxarılır. Bu sosial verilişlərin də özünün auditoriyası, hədəfləri var. Mən çox istəyərdim ki, sosial verilişlərimiz öz hədəfinə daha yüksək səviyyədə çata bilsin”.
Millət vəkili qeyd edib ki, bu gün reytinqli sosial verilişlər öz reputasiyasını qorumağı bacarmalıdır:
“Məsələn, Zaur Baxşəliyevin “Bizimləsən” proqramı özünü daha səviyəli apara bilir, daha fərqli durumda özünü ifadə edə bilir və ciddi problemləri həll edir. Bəzən ayrı-ayrı fərdlərin də problemini həll etmək üçün də həkimlər dəvət edilir, xeyirxah işlər görülür və s. Xoşqədəm Hidayətqızı da hər zaman bu cür sosial verilişlərin aparıcısı olub. Onun da verilişlərinin üstün cəhətləri təbii ki, var, lakin çatışmazlıqlar da var. Mən çox arzulayardım ki, bu çatışmazlıqlar da aradan qaldırılsın. İstəyərdim ki, bu cür sosial verilişlər xırdalanmasın. Hər elementar məsələ efirdə işıqlandırılmasın, çünki belə olduğu halda verilişlərin səviyyəsi enir və ona baxanların sayı azalır, cəmiyyət tərəfindən mənfi münasibət görür”.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-05-2022, 11:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər