"MTN işi" üzrə film çəkilir: Kod adı "Çaqqallar vadisi"
"Milli Təhlükəsizlik Nazirliyində biz zərərçəkənlərə qarşı baş verənlər ağır cinayət olmaqla yanaşı mənəviyyatsızlıqdır. Bu adamlar adlarını Azərbaycan hüquq mühafizə orqanları tarixinə ən ləyaqətsiz şəkildə yazdırıblar. Belə qərara gəlmişik ki, film çəkdirək, MTN-də baş verən, Azərbaycan vətəndaşının malına, canına, qanına susayan mütəşəkkil cinayətkar quldur dəstənin əməllərini geniş ictimaiyyətə çatdıraq" - iş üzrə zərərçəkənlərdən Hüseyn Səfərov "Yeni Müsavat"a belə deyib.
Onun sözlərinə görə, filmin ideya müəllifi özüdür: "Filmdə iştirak edən aktyorlarla söhbətlər aparmışıq, artıq Mövlam Şıxəliyevin, bizdən alınan pulların leqallaşmasında iştirak edən onun oğlu Elgün Şıxəliyevi, digər yaxınlarının, iş üzrə özünü tülkülüyə qoyub xəstəlik adı ilə aradan çıxan müavini Təhsin Ağayevi oynayacaq aktyorlarla ilkin razılıq əldə etmişik. İlkin olaraq filmin adını "Kod adı "Çaqqallar vadisi" olaraq düşünmüşəm. Bizə dəstək vermək, filmin gerçəkləşməsinə kömək etmək istəyən aktyorlarla, kinematoqrafiya işçiləri ilə əməkdaşlığa hazırıq".
Xatırladaq ki, 2021-ci ilin oktyabrında Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb və hazırda davam edir. General Mövlam Şıxəliyev və digər 3 polkovnik mütəşəkkil cinayətkar dəstə tərkibində 36 zərərçəkənə qarşı ağır vəzifə cinayətləri törətməkdə ittiham olunurlar. Zərərçəkənlərdən 4 nəfəri məhkəmə prosesinə qədər faciəvi şəkildə dünyalarını dəyişiblər. Onlardan biri olan 2 övlad atası Cahangir Məmmədov MTN-də ona qarşı törədilən ağır cinayətlərdən sonra intihar etməklə həyatına son qoyub.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-05-2022, 12:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər