reklam
Regionxeberlericom.az » Cəmiyyət » DGK-nin sabiq şöbə rəisi azad olundu

reklam

DGK-nin sabiq şöbə rəisi azad olundu

















Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi əfv olunanlar siyahısındadır.

DGK-nin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin sabiq rəisi və gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov Prezident İlham Əliyevin sərəncamı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, N. İmanov 2018-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, o, pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti almışdı. Növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanmış, Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə vəzifəsindən azad edilmişdi.




Paylaş:


Müəllif : Tarix:
27-05-2022, 22:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər