reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əfv Sərəncamının icrasına başlanıldı

reklam

Əfv Sərəncamının icrasına başlanıldı

















Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrasına başlayıb.

Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsmanın, Ədliyyə Nazirliyi yanında ictimai şuranın, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə KİV nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin edirlər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılırlar.

Ədliyyə Nazirliyinin nümayəndələri, Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə sənədləri təqdim edirlər.

Qeyd edək ki, Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş üç nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş altı nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Əfv olunan şəxslər arasında üç xarici ölkənin vətəndaşı, iki qadın da var.




Paylaş:


Müəllif : Tarix:
28-05-2022, 11:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər