Azərbaycanda şok: Bir adama 34 min manat işıqpulu yazılılb
“Azərişıq” ASC-nin əməkdaşları Yevlaxın Yaldili kəndində sayğaclardan birinə əlavə naqil qoşulduğunu görüb, buna görə akt tərtib ediblər. Bu əsasla da Habil Cəmilova 34 min 287 manat borc yazıblar.
regionxeberlericom.az Bizimyol.info-ya istinadən xəbər verir ki, kənddə Habil Cəmilovun təxminən 1000 kvadrat metrlik bir əmlakı var. Kənd sakinləri bəzən böyük şadlıq məclislərini, toylarının orada keçirirlər.
Birinci qrup əlil olan Habil Cəmilov deyir ki, bu akt qanunsuz və ədalətsizdir. Onun sözlərinə görə, martın 8-də kənd sakinlərinin birinin toyu vaxtı elektrik naqillərində problem yaranıb. İş günü olmadığı üçün elektrik şəbəkəsinə xəbər verə bilməyiblər:
“Təcili normal enerji lazım olduğuna görə müvəqqəti sayğacdan kənar şəbəkəyə qoşublar. Bundan təxminən bir saat sonra “Azərişıq”ın əməkdaşları gəlib, sayğaca baxıblar. Akt tərtib ediblər. Deyiblər ki, guya yaranan problemin aradan qaldırılması barədə aktdır, ona qol çəkdiriblər. Dörd gün sonra – martın 12-də 34 287 manatlıq cərimə borcu barədə akt göndəriblər”.
H.Camilovun sözlərinə görə, bu əmlak 2006-cı ildən mövcuddur və ötən 13 ildə sərf olunan elektrik enerjisinin dəyəri 20 min manatı keçməyib. O bildirir ki, burada aylıq enerji sərfiyyatı 50, 100, ən çox olduğu halda, 200 manatlıq olub: “Məsələn, 2016-cı ildə bütövlükdə cəmi 1685 manatlıq enerji sərf olunub, bu da aylıq ortalama 140 manat eləyir. 2017-ci ildə cəmi 1085 manatlıq işıqpulu gəlib. Bu da aylıq ortalama 90 manat eləyir. 2018-ci ildə də 1370 manat olub – aylıq orta hesabla 114 manat. Bu ilin yanvarında 83 manat, fevralında da 98 manat olub. İşıqpulu da daim vaxtlı vaxtında ödənilib”.
H.Cəmilov bildirir ki, “Azərişıq”ın əməkdaşları fevral ayında sayğaca baxış keçirəndə də heç bir problem (kənar qoşulma) görməyiblər. Onun fikrincə, kənar qoşulmaya görə əlavə sərfiyyat hesablanırsa, bu, aylıq sərfiyyatdan çox olmamalıdır.
Günahını etiraf edən, sadəcə, cərimənin ədalətli olmasını istəyən H.Cəmilov məhkəməyə müraciət edib. O, 34 min 287 manatlıq cərimədən 555 manatı ödəyib.
Məhkəmə H.Cəmilovun iddiasını təmin edib, onun ödədiyi məbləğ çıxılmaqla, yerdə qalan 33 min 732 manatlıq borcun silinməsi barədə qərar çıxarılıb.
Açar sözlər:
Bir
34
min
manat
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-07-2019, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-07-2019, 13:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54
Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR - Görün kimin oğludur + FOTO
13-11-2024, 09:55