reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədlər açıqlanıb

reklam

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədlər açıqlanıb

















Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında 2 nəfərin Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə üzvlüyü müzakirə olunacaq.

“Report” xəbər verir ki, bunlar hazırda qurumun Baş direktoru olan Rəşad Temraz oğlu Orucov və sədrin müşaviri olan Əliyar Qəhrəman oğlu Məmmədyarovdur.

R.Orucov 1978-ci ildə Bakıda anadan olub, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi ilə, fərqlənmə diplomu ilə bitirib.

R.Orucov əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb, 2000-2004-cü illərdə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı, 2004-2006-cı departamentin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi, 2006-2008-ci illərdə departamentin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2011-ci illərdə departamentin direktoru vəzifələrində çalışıb, 2011-ci ilin iyun ayında indiki vəzifəsinə təyin edilib. O, 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

Ə.Məmmədyarov isə 1977-ci ildə Bakıda anadan olub, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “İqtisadçı” ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. O, 1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.

Ə.Məmmədyarov 2001-2004-cü illərdə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 saylı nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib, 2004-2006-cı illərdə departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri, 2006-2007-ci illərdə departamentinin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2016-cı illərdə departamentin direktor müavini və direktoru olub, 2016-cı ilin may ayından indiki vəzifəsinə təyin edilmişdir. O, 2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayına qədər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının sədri vəzifəsində də işləyib, 2012-ci ilin fevral ayında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Xatırladaq ki, İH-nin 3 üzvünün səlahiyyət müddəti bu ilin mart ayında başa çatıb. Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017–ci ilin mart ayında parlamentin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçiliblər.





Paylaş:


Müəllif : Tarix:
28-05-2022, 14:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər