reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

reklam

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirir.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada təşkil olunur.

Bütün binalarda saat 11:00-da başlanacaq imtahan 3 saat davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar binaya buraxılmır.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan vermək üçün 14 min 843 bakalavr ərizə təqdim edib. Onlardan 13 min 796 nəfəri Azərbaycan bölməsi, 1047 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək

Bu imtahanda 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil və hərəkət məhdudiyyətli) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Qəbul imtahanı Bakıda 45, Sumqayıtda 4, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 11226, Naxçıvanda 525, Gəncədə 1247, Sumqayıtda 1033, Mingəçevirdə 500, Lənkəranda 312 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 61 ümumi imtahan rəhbəri, 174 imtahan rəhbəri, 1380 nəzarətçi-müəllim, 132 buraxılış rejimi əməkdaşı (mühafizə), 61 bina nümayəndəsi cəlb edilib.

Bakalavrlar imtahana gələrkən aşağıda qeyd edilən sənədləri mütləq gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.




Paylaş:


Müəllif : Tarix:
29-05-2022, 09:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər