MÜƏLLİMLƏRİN İŞƏ QƏBUL İMTAHANLARINI DİM APARSIN - Səbəblər
Artıq bir neçə ildir ki, Bakıda Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanlar ciddi narazılıqlara səbəb olur.
O cümlədən, ötən ilin iyulunda keçirilmiş imtahanlar da istisna olmadı. Bununla bağlı ciddi narazılıqların uzun müddət davam etdiyi də hamımızın yadındadır. Hətta Təhsil Nazirliyi tərəfindən imtahanların yenidən keçirilməsinə dair qəbul olunmuş qərar da narazılıqların səngiməsinə səbəb ola bilməmişdi. Bu gün də cəmiyyətin məhz təhsil sahəsində çalışan əksər üzvləri belə hesab edirlər ki, bu imtahanlarla bağlı əsaslı dəyişikliklər edilməlidir.Təbii ki, MİQ imtahanları ilə bağlı tələb olunan dəyişikliklərdən ən məntiqlisi bu imtahanları keçirmə səlahiyyətlərinin TN-dən alınaraq Dövlət İmtahan Mərkəzinə(DİM)verilməsidir.
Çünkü cəmiyyətdə ciddi narazılıqlar var və Təhsil Nazirliyi bunun fərqində deyil.Onsuz da bir neçə nazirliyin "fəaliyyəti" son illərdə elə vəziyyət yaradıb ki,artıq vətəndaşlar yaranmış vəziyyəti siyasi hakimiyyətlə əlaqələndirir.Bu mövzuya da elə bu səbəbdən toxunuruq.Məsələn,il ərzində təhsil sistemindən narazı vətəndaşların toplam sayının üzərinə işə qəbul ola bilməyən 43-45 min müəllimi də gəldikdə təkcə bir nazirliyin yaratdığı vəziyyəti təsəvvür etmək elə də çətin deyil.Əgər nazir deyirsə ki," ...işə qəbul olmayan 43 min müəllimin narahat olması normaldır" deməli bu nazirliyi müəllimlərin işə qəbulu prosessindən sonrakı məsələlər düşündürmür.Hazırda Təhsil Nazirliyi müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu imtahanlarına hazırlaşır.Kim bilir narazılıqlar hansı səviyyəyə qədər yüksələcək.Ona görə də,Təhsil Nazirliyi bu məsələlərin məsuliyətini bölüşməməlidir.İmtahanları DİM təşkil etməlidir.Düzdür DİM-in özündən də narazılıqlar var.Amma bu Təhsil Nazirliyi ilə müqayisədə çox-çox aşağı səviyyədədir.Ən azından DİM-ə bir etimad var.
Digər tərəfdən bu tələbi doğruldan bir neçə başlıca səbəb var. Birinci səbəb budur ki, Dövlət İmtahan Mərkəzi (DİM) adından da məlum olduğu kimi, məhz imtahan keçirilməsi üzrə ixtisaslaşmış qurumdur. Ümid etmək olar ki, ən azından DİM-də hazırlanan suallarda orta məktəbdə müəllimlik etməyən şəxsdən insan hisslərinin rəngi soruşulmayacaq.Yoxsa TN-in imtahan suallarını tərtib edən əməkdaşları, bilmək olmur kadr çatışmazlığını gizləyə bilmirlər, yaxud da imtahan verənləri ələ salırlar...
Həmçinin TN-in keçirdiyi imtahanlardan narazı olanların böyük əksəriyyəti belə bir irad da irəli sürür ki, nazirlik imtahanları texniki cəhətdən də təmin edə bilmir. Bu xüsusda imtahanlarda kompüterlərin zəif işlədiyini, məntiq suallarının yanlış olduğunu, imtahan gedə-gedə sualların dəyişildiyini bir çoxları məhz texniki qüsur kimi qiymətləndirirlər. Amma əksəriyyət bu qüsurların qəsdən yaradıldığını və imtahanların nəticələrinə təsir edə bilmək üçün istifadə olunduqlarını iddia edir. Etiraf olunmalıdır ki, əgər bu qüsurları digər, daha anlaşılmaz məqamların fonunda nəzərdən keçirsək, bu zaman həqiqətən də imtahanların obyektiv keçirildiyinə dair əsaslı şübhələr yaranır. Məsələn, imtahan zallarında xüsusi ayrılmış və hətta işarələnmiş oturacaqların və kompüterlərin olduğuna dair iddialar artıq bir neçə ildir ki, ortalıqda dolaşır. Bildirilir ki, bəzən imtahan nəzarətçiləri hətta yanlışlıqla “bura başqasının yeridir” kimi, yersiz ifadələr işlətməklə birbaşa özlərini ifşa etmiş olurlar. Halbuki, imtahana buraxılış vərəqələrində kimin hansı yerdə oturmalı olduğuna dair heç bir qeyd olmur.
Nəhayət, TN-in bu imtahanları keçirməsini arzuolunmaz, hətta deyərdim ki, yolverilməz edən digər və yəqin ki, ən başlıca səbəb nazirliyin birbaşa özünün tabeliyində olan təhsil müəssisələrinə bütün işəgötürmə mexanizmlərini öz əlində cəmləməsidir. Yəni keçirilən imtahanlarda şəffaflıqdan söhbət belə getmədiyi artıq birmənalıdır.Üstəlik,TN istər vakansiyaların sayı ilə bağlı məlumatlara sahibolma, istər imtahanların gedişi və nəticələri,istərsə də bu nəticələri dəyişdirə bilmək imkanları baxımından bütün mövqelərə tam hakimdir. Belə olan halda təbii ki, narazılıqların da sayı durmadan artacaq. Anlamaq olmur ki, nəyə görə Dövlət İmtahan Mərkəzi tərəfindən MİQ imtahanlarının keçirilə bilməyəcəyi düşünülür? Əksinə, DİM işəgötürən qurum olmadığına görə nəticələrin saxtalaşdırılmasında da maraqlı olmayacaq.Digər tərəfdən bütün digər dövlət orqanlarına işə qəbulu Dövlət İmtahan Mərkəzi həyata keçirirsə, bu prosesin təhsil müəssisələrinə şamil edilə bilməyəcəyini düşünməyə nə əsas var? Maraqlıdır ki, bəzi ekspertlər fərqli ölkələrdə belə halların dələduzluq kimi qiymətləndirilə biləcəyini də iddia edirlər...
Amma bütün bu müzakirələrin və fikir mübadilələrinin kökündə əslində daha bir önəmli məsələ durur ki, bu məsələyə çoxları ümumiyyətlə toxunmur. Həmin bu məsələ isə, mahiyyət etibarı ilə ölkənin bütün təhsil sisteminin işləkliyini sual altına qoymuş olur. Təsəvvür edin ki, hansısa orta məktəbdə işə düzəlmək istəyən şəxs müəllim ixtisası üzrə 4 il universitet təhsili alıb, daha sonra magistr pilləsindən keçib və bütün bu illər ərzində dəfələrlə imtahan verib, sual-cavab olunub. İndi isə məlum olur ki, universitet professorları bu şəxsin müəllim işləyə bilib-bilməyəcəyinə dair qərar verə bilmək iqtidarında deyillər.
Buna yalnız Təhsil Nazirliyinin hansısa şöbəsində oturub səriştəsizliyin, qeyri-peşəkarlığın rəngləri barədə düşünən əməkdaş qərar verməlidir. Belə çıxır ki, Azərbaycanda müəllim işləmək üçün universitet bitirmək yox, bir neçə spesifik kursları keçmək lazımdır.
FAKTİNFO.AZ
Paylaş:
Müəllif : Yazar
Tarix:1-06-2022, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər