“Azərbaycanda yanacağın qiymət artımı elan oluna bilər”
Sosial şəbəkələrdə Azərbaycandakı yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı beniznin satışının dayandırılması ilə bağlı iddialar yayılıb. İddialara əsasən yaxın gələcəkdə bu yanacağın qiymətində artım olacaq.
İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib və bildirib ki, çox böyük ehtimal “Aİ-95” premium markalı və “Aİ-98” super markalı benzinin qiyməti qalxacaq.
O bunun səbəbini belə izah edib:
“Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Artıq bir neçə ildir ki, Tarif Şuarsının tənzimləmə siyahısından çıxarılıb. O zaman elan edilmişdi ki, rəqabətli mühit şəraitində qiymət formalaşacaq və istənilən imkanı olan fiziki şəxslər həmin növ benzini ölkəyə gətirib sata biləcəklər. Lakin alternativ şirkətlər yaranmadı. Bu tip benznlərin qiyməti dövlət tərəfindən tənzimlənməsə də, ölkəyə SOCAR-ın törəmə şirkətləri tərəfindən gətirilir və həmin şirkət qiyməti müəyyənləşdirir. Yəni elan olunduğu kimi normal bazar formalaşsaydı, müxtəlif yanacaqdoldurma məntəqələrində müxtəlif qiymətlər görə bilərdik. Məsələn, Gürcüstanda benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir, amma şəbəkələrdə hər zaman bir neçə qəpik fərq olur. SOCAR-ın törəmə şirkəti bir müddət sonra elan edə bilər ki, dünyada da qiymət qalxıb, Rumıniyadan gətirdiyimiz benzin bahalaşıb, ona görə də qiyməti artırırıq. Bu, çox böyük ehtimallardan biridir”.
Digər tərəfdən ötən gün – may ayının 1-də Azərbaycana idxal edilən “Aİ-92” markalı benzinin gömrük rüsumundan azad olunma müddəti bitib. Həmçinin bu benzin növünün idxalı zamanı hər bir ton üçün 1 manat məbləğində aksiz vergi dərəcəsinin tətbiq edilməsi də başa çatıb. Sözügedən güzəştlərin səbəbi isə “Aİ-92” markalı benzinin istehsal olunduğu SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aprelin 4-dən başlayan planlı profilaktika işləri və bu işlərə görə istehsalat sahələrinin bir qisminin dayandırılması idi.
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda planlı profilaktika işləri ilə bağlı fəaliyyəti dayandırılan istehsalat sahələrinin fəaliyyəti bərpa olunması ilə bağlı hər hansı rəsmi məlumat yoxdur.
Azərbaycana idxal edilən “Aİ-92” markalı benzinin gömrük rüsumundan azad olunma müddətinin bitməsi, eyni zamanda bu benzin növünün idxalı zamanı hər bir ton üçün 1 manat məbləğində aksiz vergi dərəcəsinin tətbiq edilməsinin başa çatması “Aİ-92”nin də bahalaşması iddiasını gündəmə gətirib.
Natiq Cəfərli bu məsələyə də münasibət bildirib və qeyd edib ki, güzəştlər yenidən tətbiq olunmazsa, güman ki, bu tip yanacaq növünün qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət olunacaq:
"Aİ-92” markalı benzinin və dizel markalı yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir. Qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Hələlik qiymət artımı ilə bağlı hər hansı müraciətin olmasına dair rəsmi bir məlumat yoxdur. “Aİ-92” markalı benzinə tətbiq olunan gömrük güzəştlərinin müddətinin başa çatması, ehtimalları artırır ki, bu növ yanacağın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilsin. Çünki “Aİ-92” markalı benzinlə bağlı ilin əvvəlindən yerli istehsalın çatışmazlığı müşahidə olunurdu. İstehlak etdiyimiz “Aİ-92” markalı benzinin böyük bir hissəsi, təxminən 35-40 faizi Rusiyadan alınırdı. Çünki Avropada “Avro-5” standartından aşağı yanacaq istehsal etmək mümkün deyil. Ona görə də bu tipli istehsal ancaq Rusiyada və postsovet məkanında qalıb.
İndi iki yol var. Ya yaxın günlərdə güzəştlərin yenidən tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinin qərarı ola bilər, ya da ki, bir müddətdən sonra “Aİ-92” markalı benzinin və dizelin qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət oluna bilər”.
Ekspert bildirib ki, indiki vəziyyətdə belə bir addımın atılması ərzaq məhsullarının çox ciddi bahalaşmasına və ciddi sosial gərginliyə səbəb ola bilər:
“İndiki dövrdə belə bir addımın atılması Azərbaycan iqtisadiyyatına çox böyük zərbə olar. Onsuz da ölkədə həddindən artıq yüksək infilyasiya var. Ərzaq infilyasiyası artıq 18 faizi keçib. Əgər dizel yanacağının və ya “Aİ-92” markalı benzinin qiyməti artsa, bu, infilyasiyanı daha da yüksəldəcək. Çünki logistika və daşınma xərcləri kifayət qədər artacaq. Kənd təsərrüfatında isə “Aİ-92” və dizel yanacağı, xüsusilə dizel yanacağının maya dəyəri məhsulun maya dəyərinin 35-40 faizini təşkil edir. Yəni qiymət artımı baş verərkən avtomatik olaraq yeyinti məhsullarının, kənd təsərrüfatı məhsullarının da qiyməti artacaq.
Düşünürəm ki, hökumət bununla bağlı ciddi düşünməlidir. Qiymət artımı ilə bağlı hansısa qərarın verilməsi üçün doğru zaman deyil. Ölkədə onsuz da, sosial problemlər çoxdur. Maaş və təqaüdlərin yetərli olmaması ilə bağlı insanların şikayətləri var. İnfilyasiya çox ciddi olduğuna görə manatın alıcılıq qabiliyyəti düşüb. Ona görə də, indiki zamanda qiymət artımına gedilməsi baş verərsə, bu çox böyük problemlərə və ciddi sosial gərginliyə səbəb ola bilər. İndi ölkənin neft və qaz gəlirlərinin artdığını düşünsək, ümid edirəm ki, hökumət bu barədə fikirləşər və belə addım atmaz. Çünki bu, infilyasiyanın sürətlənməsinə səbəb ola bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2022, 14:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər